Azərbaycan regionun
iqtisadi güc mərkəzinə
çevrilib
Prezident
İlham Əliyevin Qobustan və Şamaxı rayonlarına `1səfəri
böyük sosial obyektlərin açılışı ilə
əlamətdar oldu
Demokratik cəmiyyət
quruculuğu yolunda sürətlə irəliləyən,
sosial-iqtisadi sahədə gündən-günə daha
böyük yüksəlişlərə nail olan Azərbaycan
regionun mühüm iqtisadi güc mərkəzinə
çevrilib. Ötən 8 il ölkədə həyata
keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və
maliyyə sabitliyinin qorunmasının təmin edilməsi,
dayanıqlı iqtisadi artım və iqtisadiyyatın modernləşməsinə
dəstək verən siyasətin yürüdülməsi,
qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi
yadda qalmışdır. Bölgələrin tarazlı və
davamlı inkişafına xidmət edən dövlət
proqramlarının uğurlu icrası yeni iş yerlərinin
açılmasına, infrastrukturun yeniləşdirilməsinə,
sahibkarlığın inkişafına böyük imkanlar
açmışdır.
2009-2013-cü
illəri əhatə edən regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramının qəbulundan ötən müddət ərzində
regionlarda infrastrukturun
bərpası və inkişafı, əhalinin kommunal
xidmətlərlə təminatının, elektrik
enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin
sosial vəziyyətinin daha
da yaxşılaşdırılması
istiqamətində mühüm əhəmiyyətli
tədbirlər həyata keçirilmiş,
bu sahəyə irihəcmli dövlət
investisiyaları yönəldilmişdir. Əhalinin sosial təminatı, yerli əhəmiyyətli
yolların təmiri və bərpası sahəsində böyük irəliləyişlər əldə
edilmişdir. Regional inkişafa xidmət edən kompleks
tədbirlərin həyata keçirilməsi milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft
sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün
geniş imkanlar
açmışdır. Bölgələrin
tarazlı inkişafına xidmət edən proqramların
icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər
ölkəmizdə 900 mindən artıq iş
yeri açılmışdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə
salınması nəticəsində isə ölkə
daxilində istehsal olunan
mal-məhsulların sayı artır, ixracdan
asılılıq azalır.
Azərbaycan
Prezidentinin indiyə qədər
imzaladığı strateji əhəmiyyətli
dövlət proqramları vətəndaşları uzun illərdən bəri narahat
edən, qayğılandıran bir sıra
problemlərin kompleks həllini nəzərdə
tutur. Ölkə başçısı mövcud problemlərin aradan
qaldırılması məqsədilə imzaladığı
dövlət
proqramlarının, fərman və sərəncamların
icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq
mövcud çətinliklər barədə
informasiyaları ilkin mənbədən almaq üçün
vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına səfərlər edir.
Ölkə başçısının bölgələrə
hər bir səfəri isə mühüm sosial obyektlərin
açılışı ilə əlamətdar olur.
Azərbaycanın
müxtəlif guşələrində müşahidə olunan abadlıq, yüksəliş Qobustan və Şamaxı rayonlarında da qabarıq görünür.
Adıçəkilən rayonlarda
ötən müddətdə tikinti-quruculuq
işləri geniş vüsət
almış, yol-nəqliyyat sisteminin əsaslı
təmirinə və yenidən qurulmasına
başlanılmış, əhalinin kommunal
problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi
istiqamətində vacib addımlar
atılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin
Qobustan və Şamaxı rayonlarına səfəri
də mühüm sosial
infrastrukturların açılışı ilə əlamətdar
olmuşdur. Ölkə
başçısı Qobustanda müasir taxıl anbarı kompleksi
ilə tanış olmuş, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin
açılışında iştirak etmişdir. Məlumat üçün
bildirək ki, 38 hektar
ərazidə inşa olunan
mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu mərkəz
ölkədə alternativ enerjinin
hər üç yolla
əldə edilməsi istiqamətində görülən
işlərin real nümunəsidir. Poliqon ərazisində hər birinin
gücü 0,9 meqavata
çatan üç
külək turbini, 1,8 meqavat
gücündə günəş enerjisi
stansiyası və 1 meqavat gücündə
bionerji qurğusu
quraşdırılmışdır. Burada,
eyni zamanda tənzimləyici
qurğu, su anbarı,
sınaq meydanı, emalatxana fəaliyyət
göstərir. Ərazidə yaradılan xüsusi
avtodayanacaqda isə elektrik
enerjisi ilə işləyən avtomobillərin
akkumulyatorlarını cərəyanla doldurmaq
mümkündür. Bir
neçə dəqiqə ərzində enerji
ilə təchiz edilən avtomobil 250 kilometr qət edə bilər. Ərazidə
birmərtəbəli 10 yaşayış binası inşa olunmuşdur ki, onların da
işıqlandırma sistemi günəş
enerjisi ilə işləyir. Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan inkişaf edir. Azərbaycanda
bütün qabaqcıl texnologiyalar
tətbiq edilir. Ölkəmizdə istənilən
sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada
mövcud olan ən
yüksək standartlar tətbiq edilir. Sual yarana
bilər: Azərbaycanın zəngin neft-qaz
yataqları olduğu təqdirdə nə
üçün biz bu işə o qədər
böyük maraq
göstəririk?! Mən hesab edirəm, məhz
o ölkələr ki,
təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə
qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi
tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü,
qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm
qazla, neftlə təmin edirik.
Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli
şəkildə görülsün. Təbii
ehtiyatlarımızdan daha da
az, bərpa olunan alternativ enerji mənbələrindən
isə tam şəkildə istifadə edək".
Prezident İlham Əliyev
Şamaxı rayonuna səfəri çərçivəsində
Olimpiya İdman
Kompleksində, Gümə məscidində, "Şirvan" mehmanxanasında aparılan yenidənqurma
işlərinin gedişi ilə də
tanış olmuşdur. Qeyd
edək ki, Olimpiya İdman Kompleksində yenidənqurma işləri
ötən il başlanmışdır.
Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas
binanın və digər yardımçı binaların
fasadı müasir örtüklə və
xüsusi dizayna malik şüşələrlə üzlənir.
Kompleksdə məşqlər üçün
1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın
daxilində trenajor, fitnes,
konfrans zalları və sauna
qurulacaqdır. Ərazidə müasir tələblərə
uyğun 8 kottec inşa edilir ki, burada ümumilikdə
60 nəfəri yerləşdirmək mümkün
olacaqdır. Ölkə başçısı Şamaxıda
Vergilər Nazirliyinin Tədris Mərkəzinin
açılışında da iştirak etmişdir. Tədris Mərkəzi ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu
avadanlıqların istifadəyə verilməsi vergi sistemində həyata keçirilən
islahatların daha dolğun
yerinə yetirilməsinə geniş imkanlar açacaqdır.
Milli-mənəvi
dəyərlərimizin qorunmasını və inkişaf
etdirilməsini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına
əsasən, paytaxtda və bölgələrimizdə son 8 ildə dini ziyarətgahların əsaslı təmiri
və yenidən qurulması istiqamətində mühüm
işlər həyata keçirilmişdir. Azərbaycan Prezidentinin islam mədəniyyəti
nümunələri olan tarixi-memarlıq
abidələrinin, məscidlərin, ziyarətgahların,
müqəddəs dini sitayiş
və inanc yerlərinin təmiri, bərpası
ilə bağlı xüsusi sərəncamlar
imzalaması və bu işi
şəxsi nəzarətinə götürməsi deyilənləri
bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin
ötən illərdə Şamaxıya səfəri
zamanı Cümə məscidində olması və
"Şamaxıdakı Cümə məscidi Dövlət
Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar
tədbirlər haqqında" sərəncam imzalaması buna əyani misaldır.
Azərbaycanın
dini-etnik sivilizasiyaların qovuşduğu
məkan kimi tanınmasında ictimai statusla fəaliyyət
göstərən Heydər Əliyev Fondu
da yaxından iştirak
edir. 2004-cü il
mayın 10-dan fəaliyyətə başlayan
Neydər Əliyev Fondu bu
istiqamətdə həyata keçirdiyi
layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə ümumxalq məhəbbətini özü üçün
təmin etmiş, xalqın dərin inam və etimadını
qazanmışdır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə reallaşan
"Tolerantlığın ünvanı: Azərbaycan"
layihəsi çərçivəsində Şamaxıdakı
Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq
memarlığının incisi olan bu abidəyə də
ikinci həyat verir.
Ölkəmizin
başçısı Şamaxı Astrofizika
Rəsədxanasında aparılan yenidənqurma işləri
ilə də tanış olmuşdur. Azərbaycan elminin
inkişafına böyük diqqət
göstərən Prezident İlham
Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin
aparılması ilə bağlı sərancam və
tapşırıqlar vermişdir. Ölkə
başçısının 2008-ci ilin
sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla
rəsədxananın maddi-texniki
bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti
işlərinin aparılması üçün
Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılmışdır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
"Bu rəsədxananın yenidən
qurulması və burada gözəl şəraitin
yaradılıması məni çox sevindirir. Hələ üç
il bundan əvvəl rəsədxananın
yenidən qurulması, burada aparılacaq təmir-tikinti
işləri ilə əlaqədar sərəncam
imzalamışdım. Sərəncam icra edilir və bu gün həm inzibati binalar gözəl tikilir,
demək olar ki, yenidən
tikilir. Həm də
yaşayış binaları tikilir, alimlər
üçün beşmərtəbəli
iki bina bu gün istismara
verilir. Əvvəlki dövrdə tikilmiş binalar, demək
olar ki, yararsız vəziyyətə
düşmüşdür və yeni binaların, uşaq
bağçasının, tibb məntəqəsinin,
gözəl ictimai yerlərin tikintisi, görülən bütün
bu işlər bir də
onu göstərir ki,
Azərbaycan güclü dövlətdir.
Azərbaycan dövləti elmə və elmi
işçilərə həmişə böyük
diqqətlə yanaşmışdır".
Regional inkişaf sahəsində əldə
olunmuş yüksək nəticələr deməyə əsas
verir ki, respublikamız yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Hər bir vətəndaşın
maraq və mənafeyinə hesablanan iqtisadi siyasətin
uğurla davam etdirilməsi Azərbaycanın daha böyük
nailiyyətlər qazanacağına deməyə əsas verir.
Azərbaycan.-2011.-23
sentyabr.-S.1.