Səudiyyə Ərəbistanı
Krallığının Vəliəhdi, Baş
nazirin müavini, müdafiə və
aviasiya naziri, baş müfəttiş Şahzadə Sultan bin Əbdüləziz
Al Səuda
Şahzadə
həzrətləri!
Əziz qardaşım!
Ölkənizin milli bayramı -
Krallıq elan edilməsi günü münasibətilə Sizə
və bütün xalqınıza ən səmimi təbriklərimizi
yetirirəm.
Ümidvaram ki, ölkələrimiz
arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı daim
xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə
Ərəbistanının qardaş xalqına sülh və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 7 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-23
sentyabr.-S.1.