Əfqanıstan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həmid Kərzaiyə

 

 Hörmətli cənab Prezident!

Əfqanıstanın Ali Sülh Şurasının Sədri, ölkənizin keçmiş Prezidenti, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 sentyabr  2011-ci il

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.1.