Pakistan həmişə
Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır
Pakistan həmişə Azərbaycanı dəstəkləyir
və hər zaman onun yanındadır.
AzərTAc xəbər verir
ki, bu sözləri
sentyabrın 22-də Pakistan İslam Respublikasının
Azərbaycandakı səfiri
İnayatullah Kakar ölkəsinin cənubundakı
Sind əyalətində baş
vermiş təbii fəlakətin ağır
fəsadları ilə
bağlı keçirdiyi
mətbuat konfransında
demişdir.
Seldən ümumilikdə 23 rayonda
milyonlarla insanın zərər çəkdiyini,
361 nəfərin isə
həlak olduğunu qeyd edən diplomat Pakistan hökumətinin yardım
üçün beynəlxalq
ictimaiyyətə müraciət
etdiyini bildirmişdir. Bundan əvvəl də baş vermiş təbii fəlakətlər zamanı
Azərbaycanın Pakistana
ilk yardım edən ölkələrdən olduğunu
vurğulayan səfir demişdir: "Biz azərbaycanlı
dostlarımızdan çətin
vəziyyətdə olan
qardaşlarına maddi
yardım göstərmələrini
xahiş edirik. Yardım etmək istəyənlər
pul vəsaitlərini
Pakistan Milli Bankının
Bakı filialında Baş nazirin Yardım Fondunun
4501000000203000 nömrəli bank hesabına köçürə
bilərlər".
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunan səfir diplomat
vurğulamışdır ki, Pakistan bu problemin beynəlxalq
hüququn normaları və prinsipləri çərçivəsində
ədalətli həllinin tərəfdarıdır.
Münaqişə həll olunmayana qədər Pakistan Ermənistan
dövlətini tanımayacaqdır.
Azərbaycan.-2011.-23
sentyabr.-S.1.