Azərbaycan Milli
Məclisinin Sədrinin Türkiyəyə rəsmi səfəri davam edir
Azərbaycan
Milli Məclisinin Sədri Oqtay Əsədovun
başçılıq etdiyi nümayəndə heyətinin
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil
Çiçəyin dəvəti ilə Ankaraya rəsmi səfəri
davam edir.
Səfərin
ikinci günü Milli Məclisin Sədri və onu
müşayiət edən deputatlar, Azərbaycanın
Türkiyədəki səfiri Faiq
Bağırov və qardaş ölkənin
respublikamızdakı səfiri Hulusi
Kılıç Ankaradakı Yeniməhəllə rayonunda Heydər Əliyev Parkına gələrək
ulu öndərin xatirəsini ehtiramla
yad etmiş, abidəsi
önünə əklil, tər güllər qoymuşlar.
Milli Məclisin nümayəndə heyəti Yeniməhəllədəki
Heydər Əliyev adına orta məktəbi
də ziyarət etmişdir. Əllərində
ulu öndərlər Heydər Əliyev və
Mustafa Kamal Atatürkün portretlərini tutmuş
şagirdlər O.Əsədova gül dəstəsi
təqdim etmişlər. Məktəblilər milli rəqsləri
ifa etmişlər.
O.Əsədov
Heydər Əliyev adına orta məktəbə
dörd kompyuter və
printer hədiyyə etmiş,
fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır.
Milli Məclisin Sədri və onu müşayiət edən deputatlar
Türkiyə Böyük Millət Məclisinin
tarixi binası ilə də tanış olmuşlar. Mustafa Kamal Atatürkün sədrliyi
ilə parlamentin ilk
iclası keçirilən bina haqqında qonaqlara ətraflı məlumat verilmişdir.
O.Əsədov Ankaradan İstanbula yola düşmüşdür.
Burada onun Türkiyə
Prezidenti Abdullah Gül ilə görüşü
gözlənilir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2011.-23
sentyabr.-S.3.