Konstitusiya Məhkəməsinin sədri
Kiyevdə
beynəlxalq
konfransda iştirak etmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovinin dəvəti ilə Kiyev şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ukrayna Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında MDB və Avropa ölkələrinin konstitusiya məhkəmələrinin sədrləri və tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparmışlar.
Tədbirin
proqramına uyğun olaraq konfransda Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
"Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində
insan hüquqları müdafiəsinin mexanizmi"
mövzusunda çıxış etmişdir. Səfər
çərçivəsində həmçinin Azərbaycan
ilə Ukrayna arasında məhkəmə-hüquq
sahəsində əməkdaşlıq məsələləri
müzakirə edilmişdir.
Azərbaycan.-2011.-23 sentyabr.-S.3.