Azərbaycanın xarici
işlər naziri BMT Baş
Məclisinin 66-cı sessiyası çərçivəsində
ikitərəfli görüşlər keçirmişdir
BMT Baş
Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində
iştirak edən Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov Rusiya, İsrail, Botsvana, Ukrayna,
Gürcüstan, Lüksemburq, Fici, Fələstin, İordaniya
və Əlcəzairin xarici işlər nazirləri ilə
görüşlər keçirmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşlərdə ikitərəfli münasibətlərin
inkişaf perspektivləri, xüsusilə də iqtisadi, enerji,
turizm və kənd təsərrüfatı sahələrində
iş birliyinin imkanlarının dəyərləndirilməsi
məqsədi ilə qarşılıqlı səfərlərin
həyata keçirilməsi və iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün biznes forumların təşkili
məsələləri müzakirə olunmuşdur.
Bundan əlavə, Azərbaycanın həmin
ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığının möhkəmləndirilməsi
məsələsi ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2011.-23
sentyabr.-S.3.