Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu

 

 Sentyabrın 22-də Bolqarıstanın  iqtisadiyyat, energetikaturizm naziri Trayço Traykovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan biznes forumu keçirilmişdir.  

AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən sənaye, turizm, nəqliyyat, logistika, tikinti, maliyyə, alternativ enerji, tibbi avadanlıq, tekstil və digər sahələrdə fəaliyyət göstərən adamları iştirak etmişlər.

Əvvəlcə ölkəmizin iqtisadi inkişafından bəhs edən  videoçarx nümayiş olunmuşdur.

Tədbiri iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatlar, yaradılmış əlverişli investisiya mühiti, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası barədə məlumat vermişdir. Bildirmişdir ki, əvvəlki illərdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış möhkəm iqtisadi zəmin və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan ən dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir.

Ölkə iqtisadiyyatında qazanılmış nailiyyətlər barədə məlumat verən nazir, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli investisiyabiznes mühitinin yarandığını vurğulamışdır.

Nazir Azərbaycan ilə Bolqarıstan arasındakı iqtisadi əlaqələr, Bolqarıstan şirkətlərinin ölkəmizdəki fəaliyyəti barədə məlumat verərək biznes forumişgüzar görüşlərin dövlətlərimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini diqqətə çatdırmışdır. Şahin Mustafayev bolqar adamlarını respublikamızda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət etmişdir.

Trayço Traykov Bolqarıstanın Azərbaycan ilə əlaqələrinin genişlənməsində maraqlı olduğunu, bunun üçün iki ölkənin böyük potensiala malik olduğunu demişdir. Bolqarıstanlı nazir, həmçinin Azərbaycanın böyük karbohidrogen ehtiyatlarının olduğunu və ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığını vurğulamışdır. O, ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində adamlarının əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Azərbaycanın iqtisadi imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin biznesinvestisiya imkanları barədə danışmış, bolqar adamları üçün maraqlı ola biləcək əməkdaşlıq sahələrini diqqətə çatdırmışdır.

Tədbir adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə Azərbaycan və Bolqarıstan sahibkarları arasında əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2011.-23 sentyabr.-S.3.