Parisdəki beynəlxalq sərgidə
Azərbaycan guşəsi
böyük maraq doğurmuşdur
Parisin "Port de Versay"
sərgi salonunda turizmlə bağlı
növbəti beynəlxalq sərgi
açılmışdır. Sərgidə dünyanın 150
ölkəsindən 1200-dən artıq turizm
şirkəti iştirak etmişdir.
Belə mötəbər sərgidə Azərbaycan altı turizm şirkəti ilə təmsil olunmuşdur.
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm sektorunun müdiri Səbinə Zadiyeva
beynəlxlaq sərgi ilə
bağlı azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə demişdir:
Ötən illə müqayisədə bu
il keçirilən sərgidə "Geo travel", "İpək
yolu", "Baktur",
"Milenium turizm",
"Reqena" və "SW travel" kimi şirkətlər
ölkəmiz, onun turizm
potensialı, bu sahəyə investiya yatırımı və digər sahələr
barədə belə beynəlxalq tədbirə gələnlərdə
ətraflı təsəvvür yaratmaq üçün çox
işlər görmüşlər. Ölkəmiz üçün ayrılmış guşənin
böyüklüyü bunu
sübut edir.
Azərbaycan bu cür beynəlxlaq sərgidə
üçüncü dəfə iştirak etməsinə baxmayaraq,
ölkəmizə maraq göstərənlərin
sayı ildən-ilə artır.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Sərgi çərçivəsində
Azərbaycanın turizm potensialının
təqdimatı keçiriləcəkdir. Təqdimat zamanı
ölkəmizin tarixi, zəngin mədəniyyəti,
turizm imkanları və onun
inkişafı haqqında ətraflı məlumat veriləcəkdir.
Eyni zamanda, beynəlxalq turizm
bazarına yeni turizm
marşrutları vasitəsilə inteqrasiya
edirik. Biz tədbir
zamanı üç yeni
beynəlxalq turizm marşrutu
təqdim etməyi planlaşdırmışıq: "Aleksandr Düma Qafqazda", "Şərab yolu"
və bizim üçün
yeni, amma dünyada artıq populyar olan "Bir Mariya" kimi marşrutlar bu qəbildəndir.
Bakı
Turizm İnformasiya Mərkəzinin
direktor müavini Bəxtiyar
Qılıncov söhbət əsnasında bildirmişdir
ki, Azərbaycan Mədəniyyət və
Turzim Nazirliyinin
apardığı əməli işlərin nəticəsidir
ki, son zamanlar
ölkəmizə gələn turistlərin sayı ildən-ilə
artmaqdadır. Nazirlik daha çox
əcnəbi turist cəlb etmək məqsədilə
müxtəlif ölkələrin müvafiq
nazirlikləri, turizm şirkətləri
ilə danışıqlar aparır, müqavilələr
bağlayır. Parisə bu səfərimiz,
beynəlxalq sərgidə iştirakımız uğurlu olmuşdur. Mərkəzimizlə
Fransa Turizm İnstitutu arasında beynəlxalq əlaqələrin
qurulması barədə
müqavilə imzalanmışdır. Tərəflər
arasında əldə edilmiş
razılığa görə, əməkdaşlıq
qurulması, ölkəmizdə turizmin
inkişafı ilə
bağlı proqramların həyata
keçirilməsində Fransa Turizm İnstitutunun əldə
etdiyi qabaqcıl təcrübədən
istifadə edilməsi imkanları nəzərdən keçirilmişdir.
Fransa Turizm İnstitutu ilə bağlanmış
müqavilə nəinki ölkəmizdə turizmin
inkişafına yeni təkan verəcək,
eyni zamanda, fransız
turistlərin Azərbaycana səfərlərinə müsbər
təsir göstərəcəkdir.
Azərbaycan üçün
ayrılmış guşədə ölkəmizə dair
müxtəlif bukletlər, onun tarixi və mədəniyyətini,
zəngin abidələrini, gözəl təbiətini əks
etdirən kitabçalar və digər əyani vəsaitlər
sərgiyə gələnlərin diqqətini daha çox cəlb
edir, onlarda böyük maraq oyadır.
Azərbaycan muğamı və milli rəqslərimizin
ifası sərgiyə gələnlərdə xoş təəssürat
yaradırdı. Sərginin açılışında Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov iştirak
etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.-2011.-23
sentyabr.-S.8.