Qubanın Əski İqrığ kəndində
beşulduzlu «Riksos» otelinin tikintisi ilə tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qubanın Əski İqrığ kəndində beşulduzlu
"Riksos" otelinin
tikintisi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı otelin tikinti layihəsinə baxdı. Bildirildi ki, obyektin ərazisi
65 hektardır. Baş
plana əsasən ərazidə otel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası,
16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün
meydança və digər yardımçı
binalar inşa ediləcəkdir. 200 yerlik otel kompleksində
restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaqdır. Hazırda otel
kompleksinin baş binasında monolit-dəmir
beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə
torpaq işləri görülür.
Prezident İlham Əliyev
otelin tikintisini əks etdirən videoçarxa baxdı.
Dövlətimizin başçısı, həmçinin
tikintidə istifadə
olunan materialların nümunələrinə baxdı,
inşası başa çatdırılan kotteclərdən
biri ilə tanış oldu. İkimərtəbəli kottec bütün
lazımi avadanlıq və məişət əşyaları ilə təmin olunmuşdur.
Burada istirahət, yataq otaqları ilə yanaşı, kiçik idman zalı da vardır.
Prezident İlham Əliyev otelin
inşası ilə bağlı tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.2.