Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna səfəri

 

 Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınmışdır. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 3.