Qubada kütləvi
soyqırımı məzarlığında memorial abidə kompleksi və inzibati bina tikilir
Azərbaycan Prezidenti İlham Əliyev Qubaya səfəri çərçivəsində kütləvi soyqırımı
məzarlığında abidə
kompleksinin və inzibati binanın tikintisi ilə tanış olmuşdur.
Məlumat verildi
ki, Quba soyqırımı məzarlığı
2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar
edilmişdir. Həmin ilin
iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
kütləvi məzarlıqda
geniş tədqiqat işlərinə başlanılmış,
2008-ci ilin sentyabrında
isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın
1918-ci ildə ermənilərin
yerli dinc əhaliyə qarşı
törətdiyi soyqırımı
ilə bağlı olduğu müəyyən
edilmişdir. Kütləvi məzarlığın ümumi
sahəsi 514 kvadratmetrdir.
Onun 494 kvadratmetrində tədqiqat
işləri aparılmış,
20 kvadratmetr ərazi isə beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır.
Tədqiqat işlərinin nəticəsində
məzarlıqda təxminən
400-dən artıq insan
cəsədinin qalıqları
aşkar edilmişdir.
Onlardan
50-dən çoxu uşaqlar,
100-dən çoxu qadınlar,
qalanları isə yaşlı kişilərdir.
Müəyyən olunmuşdur
ki, məzarlıqda azərbaycanlılarla bərabər,
Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri
də amansızcasına qətlə
yetirilmişdir.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə kütləvi soyqırımı məzarlığında
abidə kompleksi inşa olunur. Kompleksin yaradılmasında məqsəd
ermənilərin vaxtilə
Qubada törətdikləri
vəhşilikləri beynəlxalq
ictimaiyyətə çatdırmaq
və soyqırımı
qurbanlarının xatirəsini
əbədiləşdirməkdir.
Bildirildi ki,
Nazirlər Kabinetinin qərarı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə dair Tədbirlər Planı" təsdiq edilmiş və ərazidə xatirə kompleksinin ucaldılması
və abadlıq işlərinin görülməsi
nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı
2009-cu ildə Qubaya səfəri zamanı kütləvi məzarlığın
yerləşdiyi ərazidə
olmuş, tapşırıq və
tövsiyələrini verərək
həmin ərazidə
"Soyqırımı memorial kompleksi"nin yaradılması
barədə sərəncam
imzalamışdı. 2010-cu
ilin noyabr-dekabr aylarında başlanan tikinti işlərinin
2012-ci ilin avqust-sentyabr
ayınadək yekunlaşdırılması
nəzərdə tutulmuşdur.
İndiyədək kütləvi
məzarlığın yerləşdiyi
ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın
məcrasında uzunluğu
400 metr olan qoruyucu beton bənd inşa olunmuş, ərazidə terras yaradılmışdır.
Burada 3 qalereya inşa olunacaqdır. Hər birinin
uzunluğu 18 metr olan piramidaşəkilli iki kompleksdən ibarət soyqırımı
memorial kompleksində qranitdən
xüsusi xatirə abidəsi ucaldılacaqdır.
Bundan əlavə, kompleksdə inzibati mərkəz də yaradılacaqdır.
Hazırda plana uyğun
olaraq binanın yerin altında yerləşən hissəsi
tikilir. Bununla yanaşı, monolit
dəmir-beton konstruksiyalardan
ibarət bünövrə,
divar işləri ilə paralel olaraq izolə və əks doldurma işləri yerinə yetirilir.
Dövlətimizin
başçısı soyqırımı memorial kompleksinin
tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.3.