Quba şəhərinin
su və kanalizasiya sistemi yenidən qurulur
Azərbaycan
Prezidenti İlham Əliyev Quba şəhərinin su və
kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə
tanış olmuşdur.
Prezidentin diqqətinə
çatdırıldı ki, dövlət büdcəsinin vəsaiti
hesabına Quba şəhərinin su və kanalizasiya şəbəkələri
və qurğularının yenidən qurulması məqsədilə
bu ilin avqustunda işlərə
başlanılmışdır. Layihəyə uyğun olaraq
Qudyalçay çayı hövzəsində yeni horizontal su
mənbəyinin tikintisi, "Qəçrəş yolu"
yaşayış massivində 5 min kubmetr, "Dəvədabanı"
yaşayış massivində 20 min kubmetr, Nügədi yolu ərazisində
isə 5 min kubmetr tutumu olan su anbarlarının tikintisi, şəhər daxilində 152
kilometr yeni magistral su və 147 kilometr yeni kanalizasiya xətlərinin
çəkilişi nəzərdə tutulmuşdur.
Bildirildi ki, layihəyə əsasən
Quba şəhərini içməli su ilə təmin edəcək
xəttin üzərində 5
min kubmetrlik su anbarı inşa olunacaqdır. Burada toplanan su
növbəti mərhələdə tikiləcək 3 min
kubmetrlik iki anbara ötürüləcəkdir. Bu isə həm
Quba şəhər əhalisini, həm də rayonun bəzi kəndlərini
fasiləsiz içməli su ilə təmin edəcəkdir.
Yeni inşa olunacaq kanalizasiya xətti
də şəhərin mövcud kanalizasiya probleminin həllində
mühüm rol oynayacaqdır. Burada toplanan kanalizasiya suları
Xaçmaz çirkab sutəmizləyici qurğusuna
ötürüləcəkdir.
Prezident İlham Əliyev "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
ölkəmizin su və kanalizasiya sistemlərinin yenidən
qurulması istiqamətində həyata keçirilən
işləri əks etdirən stendə baxdı.
Sonra Prezident İlham Əliyev 5 min
kubmetrlik su anbarının təməlini qoydu.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.3.