Prezident İlham Əliyev
Şəxsiyyətlər Muzeyində görülmüş
işləri yüksək qiymətləndirmişdir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılmışdır. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilmişdir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 4.