Qırmızı qəsəbənin
sakinləri ilə görüş
Prezident İlham Əliyev
Qubada Qırmızı qəsəbənin
sakinləri ilə görüşmüşdür.
Sakinləri salamlayan
Prezident İlham ƏLİYEV
dedi:
- İşlər
yaxşı gedir, bütün bölgələr
inkişaf edir, eyni zamanda, Quba
da. İndi Qubada yeni su layihəsi başlayır. Qəsəbədə də olacaqdır. Qubada da, başqa bölgələrdə də
içməli su, kanalizasiya problemi vardır. Əminəm
ki, yaxın zamanlarda, bir il, il yarım ərzində su problemi tamamilə
aradan qaldırılacaqdır.
Kanalizasiyaya gəldikdə, bu,
ümumiyyətlə heç
vaxt olmamışdır.
Ona görə indi tam, yeni, müasir səviyyədə olmalıdır.
Quba da gözəlləşir,
yaxşı binalar tikilir. Qəsəbədə də işlər
yaxşıdır. Qubada gözəl,
möhtəşəm Heydər
Əliyev Mərkəzi
tikilibdir. İndi Qubanın
küçələri də
abadlaşır, kənd
yolları da.
SAKİN: Ümumiyyətlə,
Azərbaycanda bütün
yerlərdə olduğu
kimi, Qubada da çox iş
görülür.
Prezident İlham ƏLİYEV:
Mənə dünən
dedilər ki, bizim açdığımız
Diaqnostika Mərkəzi
indi tam gücü ilə işləyir. Camaat da gedir, orada
müalicə olunur.
SAKİN: Nə edilirsə, gələcək
nəzərə alınaraq
edilir.
Prezident İlham
ƏLİYEV: Əlbəttə, biz planlaşdırırıq. İndi Qubanın
su-kanalizasiya təchizatını
biz əhalinin artımını
nəzərə almaq
şərti ilə
2035-ci ilə qədər
hesablamışıq. Əlbəttə, inkişaf gedir.
"Şahdağ", "Xaçmaz"
elektrik stansiyalarını
tikdik. İndi bu bölgədə
işıq problemi yoxdur. Burada, qəsəbədə qaz təchizatı necədir?
SAKİN: Qaz yəqin ki, olacaqdır. Çünki təzə xətlər
çəkilir.
Prezident İlham
ƏLİYEV: Başlayıblar?
SAKİN: Bəli başlayıblar, iş gedir.
Prezident İlham
ƏLİYEV: Tamamilə qazlaşdırma
olmalıdır.
SAKİN: Bu iş ətraf kəndlərdə
də aparılır.
Prezident İlham
ƏLİYEV: Ətraf kəndlərdə
də borular yeni üsulla çəkilir. Bu, müasir yanaşmadır.
Dünən qubalılar məsələ
qaldırdılar ki, o
köhnə körpünü
də bərpa edək.
SAKİN: Bu, çox vacibdir. Biz ona
"Dostluq" körpüsü
deyirik. Çünki Quba ilə qəsəbəni birləşdirən
bu körpünün
150 illik tarixi vardır.
Prezident İlham
ƏLİYEV: Qədim körpüdür.
İndi mənə deyirlər ki, ancaq piyadalar
keçə bilər.
Mən dünən nəqliyyat nazirinə göstəriş
verdim ki, onu gözəl tiksinlər. Bir körpü
var sizdə?
SAKİN: Tarixi abidə kimi yenidən qurulacaq?
Prezident İlham
ƏLİYEV: Bəli, yenidən
qurulacaq, həm tarixi abidə kimi, həm də maşınlar da keçə bilsin. Tapşırıq vermişəm. Onu da edəcəyik.
SAKİNLƏR: Çox
sağ olun.
Allah razı olsun.
Allah Sizə cansağlığı
versin.
Prezident İlham
ƏLİYEV: Sağ olun.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.4.