Azərbaycan Prezidenti
İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın
24-də Estoniya Respublikasının
sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir.
Sabiq Prezident Arnold Ruutel
Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin
olduğunu vurğuladı. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan
qonaq bunun ölkələrimiz arasında
münasibətlərin gələcək
inkişafı baxımından
önəmini qeyd etdi. O, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümünə
həsr olunmuş beynəlxalq tədbirin yüksək səviyyədə
təşkil edildiyini
bildirdi. Arnold Ruutel dünyanın müxtəlif
ölkələrini, eyni
zamanda, Avropa Parlamentini təmsil edən nümayəndə
heyətlərinin tədbirdə
iştirakını Azərbaycanın
son 20 ildə
əldə etdiyi
nailiyyətlərlə yaxından
tanış olmaq baxımından əhəmiyyətli
olduğunu dedi. Estoniyalı qonaq Azərbaycanın əldə etdiyi nailiyyətləri bir çox ölkələr
üçün yaxşı
nümunə kimi qiymətləndirdi.
Dövlətimizin başçısı Estoniya Respublikasının
sabiq Prezidenti Arnold Ruutelin Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə
bağlı Bakıda
keçirilən beynəlxalq
tədbirdə iştirakından
məmnunluğunu bildirdi. Prezident İlham Əliyev bu tədbirin parlamentlərarası
əlaqələrin genişləndirilməsi
işinə xidmət
etdiyini dedi. Azərbaycan ilə Estoniya arasında münasibətlərin
yaxşı səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfərini xatırlayaraq
bu səfərin uğurlu olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.-2011.-25
sentyabr.-S.5.