Bişkekdə nəşr olunan «Türkel» qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş material dərc edilmişdir

 

 Bişkekdə Azərbaycan, qırğız, türk və rus dillərində nəşr olunan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə yayılan "Türkel"  qəzetinin  bu günlərdə çapdan çıxmış nömrəsində Azərbaycanın birinci xanımı,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə dair türk və rus dillərində geniş material dərc olunmuşdur.

Məqalədə Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti, ölkəmizdə səhiyyənin və təhsilin inkişafına verdiyi töhfələr və s. haqqında ətraflı məlumat verilir.

"Türkel" qəzetinin baş redaktoru, filologiya  elmləri namizədi Ramiz Məşədihəsənli AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, Türkiyə Prezidenti Abdullah Gülün himayəsi və dəstəyi ilə nəşr edilən "Altın Köprü" jurnalının  növbəti nömrəsində də Mehriban xanım Əliyevanın fəaliyyətinə dair geniş məqalə veriləcəkdir. İlin sonunadək isə Bişkekdə "Türkel" Beynəlxalq İctimai Təşkilatı tərəfindən Azərbaycanın birinci xanımının fəaliyyətinə həsr olunmuş "Mehriban Əliyeva və Azərbaycan mədəniyyəti" mövzusunda  "dəyirmi masa" keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.5.