Kanadanın Ottava şəhərində Azərbaycan dili məktəbi fəaliyyətə başlamışdır

 

 Kanadanın Ottava şəhərində ilk dəfə olaraq "Qarabağ" adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlamışdır.

Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki,  yeni məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilmişdir. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

Hər həftənin şənbə günü fəaliyyət göstərən Azərbaycan dili məktəbinin əsas məqsədi 4-14 yaş arası uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı, yetişməkdə olan nəslə xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında ətraflı məlumatın verilməsindən ibarətdir.

 

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.5.