Avropa
İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin
12-ci iclası keçirilmişdir
Sentyabrın 23-də "Hyatt Regency" hotelində Avropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Qunnar Viqand rəhbərlik etmişdir.
Ölkəmiz ilə Aİ arasında əlaqələrin hərtərəfli təhlil olunması baxımından tədbirin əhəmiyyətini vurğulayan M.Məmmədquliyev qeyd etmişdir ki, hər il keçirilən iclaslarda Azərbaycan- Aİ əməkdaşlığı çərçivəsində görülən işlər, əldə olunan nailiyyətlər müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Komitənin gündəliyinə aid olan məsələlər Azərbaycan ilə Aİ arasında əməkdaşlıq və tərəfdaşlıq sənədlərində də öz əksini tapmışdır.
Azərbaycan-Aİ əməkdaşlığının nəticələrini müsbət qiymətləndirən M.Məmmədquliyev hələ də müzakirə ediləcək məsələlərin mövcud olduğunu bildirmişdir.
İclasda Avropa Qonşuluq Siyasəti
və "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlıq,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, qanunun aliliyi, demokratiya və idarəçilik,
insan hüquqları və fundamental azadlıqlar, Aİ-nin
yardım proqramları, o cümlədən regional əməkdaşlıq
və hərtərəfli institusional quruculuq məsələləri
müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 6.