Əli Həsənov:
Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən
imtina etməyəcəkdir
Azərbaycan heç vaxt demokratik
idarəçilik sistemindən imtina etməyəcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sentyabrın 23-də Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə keçirilən Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində demişdir.
Əli Həsənov Azərbaycanın müstəqilliyini
bərpa etdiyi müddətdən ötən 20 il ərzində
sivil və demokratik ölkəyə çevrildiyini, bu istiqamətdə
uğurla irəlilədiyini vurğulamışdır.
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.