Azərbaycan dövləti indiyədək Türkiyəyə lazımi dəstək verib, bundan sonra da verəcəkdir

 

 Türkiyə öz müstəqil siyasətini yürütməyə, onun səmərəliliyini təmin etməyə tam qadirdir. Azərbaycan dövləti də indiyədək Türkiyəyə lazımi dəstək verib, bundan sonra da verəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir. Türkiyə-İsrail münasibətləri ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayan Əli Həsənov bildirmişdir ki, Türkiyə bizə qardaş dövlətdir, Türkiyə iqtidarının bugünkü siyasəti türk dövlətinin və türk xalqının maraqlarına tam cavab verir.

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.