Əli Həsənov: «Ermənistan neçə illərdir beynəlxalq ictimaiyyəti, BMT və ATƏT-i aldadır»

 

Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın televiziya kanalına müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan neçə illərdir beynəlxalq ictimaiyyəti, BMT və ATƏT-i aldadır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Ermənistan neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etmək imitasiyası nümayiş etdirir, - deyən Ə.Həsənov bildirmişdir ki, Sarkisyan tipli insanların dünya siyasətinə meydan oxumasına hələ də göz yuman beynəlxalq təşkilatlar və insanlar vardır. Amma belələrinin meydanının daralacağı günə çox qalmayıb.

Şöbə müdiri vurğulamışdır: "Azərbaycan xalqı, dövləti dəfələrlə bəyan etmişdir ki, biz beynəlxalq təşkilatların sülh missiyasına inanırıq, ümid bəsləyirik. Amma beynəlxalq aləmin Ermənistanın qarşısında acizlik nümayiş etdirdiyini, bu tipli qeyri-konstruktiv, cılız açıqlamalarına reaksiya vermədiyini görsək, onda Azərbaycan torpaqlarını digər yollarla azad etmək barədə düşünəcəkdir".

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.