Nazirlər
Kabineti son günlər yeni qərarlar qəbul etmişdir
Nazirlər Kabineti son günlər yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Nazirlər Kabineti özünün 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.
Qərar sentyabrın 7-dən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanının 2-ci hissəsinin iyirmi dördüncü abzasına əsasən Nazirlər Kabineti "Ezamiyyə xərclərinin normaları haqqında" özünün 2008-ci il 25 yanvar tarixli qərarında dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.
"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2007-ci il 28 avqust tarixli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə" qərar qəbul etmişdir.
"Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti özünün 2008-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.
Hər üç qərar sentyabrın 20-dən qüvvəyə minmişdir.
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2012-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" qərar qəbul etmişdir.
Qərar sentyabrın 21-dən qüvvəyə minmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 1.14-cü bəndinə əsasən Nazirlər Kabineti özünün 2010-cu il 18 mart tarixli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında" qərar qəbul etmişdir.
Qərar sentyabrın 22-dən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AzərTAc-a verilən məlumata görə, bu qərarların
tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az
ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq
mümkündür.
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.