Türkiyənin Baş
naziri BMT Baş Məclisində
Ermənistan
prezidentinin çıxışı zamanı iclas
zalını tərk etmişdir
Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin
66-cı sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın
çıxışı zamanı iclas zalını tərk
etmişdir.
AzərTAc Türkiyə KİV-yə
istinadla xəbər verir ki, Baş nazir erməni prezidentinin
qondarma Dağlıq Qarabağ rejimi haqqında səsləndirdiyi
mənasız fikirlərinə etiraz olaraq bu addımı
atmışdır.
Rəcəb Tayyib Ərdoğan BMT
Baş Məclisinin 66-cı sessiyasının keçirildiyi
iclas zalına Fələstin Dövlətinin Prezidenti Mahmud
Abbasın çıxışı zamanı
qayıtmışdır.
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.