Azərbaycanla
viza rejiminin sadələşdirilməsi ilə bağlı
danışıqlara dair mandate təsdiqlənmək
üçün Avropa İttifaqı Şurasına təqdim
olunmuşdur
Avropa İttifaqı (Aİ) Azərbaycanla viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlara dair mandatı təsdiqləmək üçün Avropa İttifaqı Şurasına təqdim etmişdir. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir. Azərbaycanın Aİ ilə əməkdaşlığa hazır olduğunu bildirən M.Məmmədquliyev demişdir: "Biz həlli tapılmamış bəzi məsələlərin olduğunu istisna etmirik və bu məsələlərlə bağlı sıx əməkdaşlığa hazırıq".
M.Məmmədquliyev xatırlatmışdır
ki, Azərbaycan ilə Aİ arasında demokratiya üzrə
xüsusi yaradılmış alt komitənin ilk iclası və
vətəndaş cəmiyyətinin inkişafına dair
konfransı keçirilmişdir. Komitənin ikinci iclası isə
noyabrda Brüsseldə keçiriləcəkdir. Azərbaycanın
Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü
məsələsinə toxunan M.Məmmədquliyev
bildirmişdir ki, noyabr-dekabr aylarında DTT-yə daxil olmaq
üzrə işçi qrupun növbəti iclasının
keçiriləcəyi nəzərdə tutulmuşdur. O
demişdir: "Azərbaycan DTT-yə daxil olmaqda
maraqlıdır, lakin üzvlük şərtləri Azərbaycanın
da maraqlarına uyğun olmalıdır. Buna görə də
danışıqları davam etdiririk".
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.