Yozef Debona
QREX: Gündən-günə gözəlləşən Bakı və onun
gülərüz insanları hər bir qonaqda xoş təəssürat
yaradır
Dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü münasibətilə Azərbaycan
xalqını təbrik edirəm. Azərbaycan bu 20 ildə
böyük inkişaf yolu keçmiş, iqtisadiyyatda tərəqqi
əldə etmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri
Bakıda keçirilən Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin iyirminci ildönümü ilə
bağlı beynəlxalq bayram tədbirində iştirak edən
AŞ PA-nın Maltadan olan üzvü Yozef Debona Qrex
demişdir.
Ölkəmizdə altıncı dəfə
səfərdə olduğunu qeyd edən AŞ PA-nın
üzvü vurğulamışdır ki, Azərbaycanın əldə
etdiyi nailiyyətlər, beynəlxalq aləmdə
qazandığı uğurlar çox sevindiricidir.
"Həqiqətən də
böyük nailiyyətlər əldə etmisiniz. Gündən-günə
gözəlləşən şəhərləriniz və
gülərüz insanlarınız hər bir qonaqda xoş təəssürat
yaradır" - deyə Y.Debona Qrex bildirmişdir.
Maltadan olan qonaq ölkəsinin Azərbaycan
ilə hərtərəfli əməkdaşlığının
və dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə
əminliyini vurğulamışdır.
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.