Azərbaycanın Prezidenti ölkənin çiçəklənməsi və xalqın rifahı naminə mühüm işlər görür

 

 "Azərbaycanın sülhsevər bir ölkə kimi siyasi, iqtisadi və mədəni cəhətdən dünyada öz yeri vardır. Şəxsən mən bu ölkədə baş verən müsbət dəyişikliklərə heyranam. Bir neçə dəfə Azərbaycanda olmuşam və hər dəfə burada baş verən dəyişiklik, inkişaf məni məmnun edib. Azərbaycanın Prezidenti ölkənin çiçəklənməsi və xalqın rifahı naminə mühüm işlər görür".

Bu fikirləri AzərTAc-a müsahibəsində Bakıda dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində iştirak edən AŞ PA-nın Böyük Britaniyadan olan deputatı Mayk Hənkok söyləmişdir.

Ölkədə həyata keçirilən infrastruktur layihələri, genişmiqyaslı yenidənqurma işlərini, iqtisadi tərəqqini yüksək dəyərləndirən qonaq müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə bütün Azərbaycan xalqını təbrik etmişdir. O demişdir: "Azərbaycanın gələcəyi daha parlaqdır. Biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndiririk".

 

 

Azərbaycan.-2011.-25 sentyabr.-S.7.