Pol VİLLE: Azərbaycanın
dinamik inkişafı böyük
sevinc doğurur
"Mən bir
neçə dəfə Azərbaycana səfər etmişəm
və hər dəfə yeniliklərin şahidi
olmuşam. Ölkənin dinamik
inkişafı böyük sevinc doğurur, xoş təəssürat
bağışlayır".
AzərTAc xəbər
verir ki, bu sözləri Azərbaycanın dövlət
müstəqilliyinin 20 illiyi münasibətilə
beynəlxalq bayram tədbirində iştirak edən AŞ PA-nın
belçikalı fəxri üzvü Pol Ville demişdir.
Bu inkişafın həm demokratiya, həm iqtisadi, həm
də beynəlxalq müstəvidə müşahidə olunduğunu qeyd edən P.Ville vurğulamışdır ki, Azərbaycan çox uğurlu xarici siyasət
aparır. Qonaq demişdir:
"Dövlətinizin başçısı, hökumətiniz
beynəlxalq əlaqələrə xüsusi
önəm verir".
Azərbaycan xalqının qonaqpərvərliyinə
yaxından bələd olduğunu bildirən Pol Ville
vurğulamışdır: "Biz Azərbaycanın
dostlarıyıq və beynəlxalq aləmdə sizə daim dəstək
olmağa hazırıq".
Azərbaycan.-2011.-25
sentyabr.-S.7.