Gürcüstanın
Xarici İşlər Nazirliyi: Gürcüstan Dağlıq
Qarabağda yerli özünüidarəetmə orqanlarına
keçirilən «seçkiləri» tanımır
Gürcüstan Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən "seçkiləri" tanımır. AzərTAc gürcü KİV-lərinə istinadla xəbər verir ki, bu sözlər Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əksini tapmışdır.
Bəyanatda deyilir: "Gürcüstan XİN Azərbaycanın suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər daxilindəki ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən qanunsuz "seçkiləri" tanımır".
Xarici siyasət idarəsinin bəyanatında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması istiqamətində
göstərilən səylərin
alqışlandığı və sülh
danışıqlarına alternativin olmadığı da
vurğulanır.
Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.