İTİ-nin əməkdaşları Koreya Respublikasına birillik elmi ezamiyyətə getmişlər

 

 Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli Araşdırmalar Fondunun dəvəti ilə bu ölkəyə elmi ezamiyyətə getmişlər.

Ezamiyyət bir il müddətində informasiya təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədini daşıyır.

Y.İmamverdiyev Koreya Respublikasının paytaxtı Seul şəhərindəki Yonse Universitetinin Biometrik Texnologiyalar Tədqiqat Mərkəzində (BERC), R.Şıxəliyev isə Seul Milli Universitetinin nəzdindəki Yeni Media və Kommunikasiya İnstitutunun kompyuter şəbəkələri və təhlükəsizlik laboratoriyasında birgə tədqiqatlarda iştirak edəcəklər.

 

Azərbaycan.- 2011.- 24 sentyabr.- S. 7.