Azərbaycan Prezidenti
İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının
prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin
üzvlərini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq
Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq
Olimpiya Komitəsinin üzvlərini qəbul etmişdir.
Boks üzrə dünya
çempionatının ölkəmizdə keçirilməsindən
məmnunluğunu bildirən dövlətimizin
başçısı çempionatın uğurlu
olacağına əminliyini ifadə etdi. Çempionata hazırlıqla bağlı çox böyük
işlərin görüldüyünü
deyən Prezident İlham
Əliyev ölkəmizin beynəlxalq idman yarışlarına
ev sahibliyi etməkdə
təcrübəsi olduğunu
vurğuladı. Bu cür
mötəbər yarışların Azərbaycanda
keçirilməsinin önəmini qeyd edən
Prezident İlham Əliyev
tədbirin ölkəmizlə Beynəlxalq Olimpiya
Komitəsi arasında əməkdaşlığın
genişləndirilməsi işinə töhfə verəcəyinə
ümidvar olduğunu bildirdi.
Bundan əvvəl yeniyetmələr və gənclər
arasında dünya
çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan Beynəlxalq Boks
Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya
verən boks üzrə dünya
çempionatının ölkəmizdə keçirilməsinin
əhəmiyyətini qeyd etdi və bu münasibətlə dövlətimizin
başçısına təbriklərini
çatdırdı. O, Azərbaycan Olimpiya
Komitəsinin prezidenti kimi
ölkəmizdə idmana, o
cümlədən idmanın boks növünün inkişafına göstərdiyi
diqqət və qayğıya görə Prezident
İlham Əliyevə minnətdarlıq etdi.
Dövlətimizin
başçısı Azərbaycan boksçularına
göstərilən dəstəyə
görə Beynəlxalq Boks Assosiasiyasına
təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizdə
idmanın inkişafına hər cür
şəraitin yaradıldığını vurğuladı.
Gənclər arasında keçirilən Olimpiya
oyunlarında Azərbaycan boksçularının uğurlu çıxış etdiklərini
xatırlayan dövlətimizin başçısı boks üzrə dünya
çempionatının ölkəmizdə keçirilməsinin
idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirdi.
Görüşdən
sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2011.-27
sentyabr.-S.1.