Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. ABŞ-ın nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirən dövlətimizin başçısı bu səfərin nümayəndə heyəti üzvlərinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını dedi.                                     

ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitian Kaliforniya Ştatının qanunverici orqanını təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirdi. Cozef Simitian nümayəndə heyətinin tərkibində Kaliforniya ştatının müxtəlif bölgələrini təmsil edən senatorların olduğunu dedi. O, ölkəmizi yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.2.