Nazirlər Kabineti son günlər
daha 3 qərar qəbul etmişdir
Nazirlər Kabineti son günlər daha 3
qərar qəbul etmişdir. "Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 7 may tarixli fərmanının 1.3-cü bəndinin
icrası ilə əlaqədar Nazirlər Kabineti "Müəlliflərin
və əlaqəli hüquqların sahiblərinin əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların
qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında" qərar
qəbul etmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasına əsasən, "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əlaqədar
təşkilatlarla razılaşdırılmış təklifini
nəzərə alaraq Nazirlər
Kabineti "İşərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer)
zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında" qərar qəbul
etmişdir.
Hər iki qərar
sentyabrın 22-dən qüvvəyə minmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasına əsasən, Xüsusi Dövlət Mühafizə
Xidmətinin İqtisadi İnkişaf, Maliyyə və Ədliyyə nazirlikləri ilə
razılaşdırılmış təklifini nəzərə
alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi
qulluqçularının hərbi geyim və əşya əmlakı
ilə təminat normaları"nın təsdiq edilməsi
haqqında" özünün 2006-cı il 17 aprel tarixli qərarında
dəyişiklik edilməsi barədə qərar qəbul
etmişdir.
Qərar
sentyabrın 23-dən qüvvəyə
minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AzərTAc-a verilən məlumata görə, bu qərarların
tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az
ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq
mümkündür.
Azərbaycan.-2011.-27
sentyabr.-S.2.