Azərbaycan Boks
Federasiyasının inzibati
binasının təməlqoyma
mərasimi keçirilmişdir
Sentyabrın 25-də Bakıda Azərbaycan
Boks Federasiyasının inzibati
binasının təməlqoyma mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin
Heydərov, gənclər və idman naziri Azad Rəhimov və
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA)
prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər
iştirak etmişlər.
Bildirilmişdir ki, federasiyanın inzibati
binasının inşası üçün 2 hektar torpaq sahəsi
ayrılmışdır. Binada 500 nəfərlik idman kompleksi,
200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu
və avtodayanacaq fəaliyyət göstərəcəkdir.
Bununla yanaşı, burada transformator yarımstansiyası,
qazanxana, nasosxana və su anbarı da
quraşdırılacaqdır.
ABF-nin prezidenti Kəmaləddin Heydərov
və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton
qarışığı tökən qurğunu işə
salmış və metal gilizi bünövrəyə
atmışlar.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.