Bülbülün
xatirə günü qeyd
edildi
Azərbaycan xalq
mahnılarının mahir
ifaçısı və görkəmli opera müğənnisi, Azərbaycan milli vokal sənətinin
banilərindən biri, SSRİ xalq artisti Bülbülün
vəfatından 50 il keçir.
Onun ifasını səciyyələndirən
əsas əlamətlərdən biri Azərbaycan
xalq motivlərinin İtaliya
klassik opera
ifaçılığı ənənələri ilə əlaqələndirilməsi
idi.
1936-cı ildə
Üzeyir Hacıbəylinin "Koroğlu" operasında baş
rolun ilk
ifaçısı Bülbül olmuşdur.
1932-1961-ci illərdə
Bülbül Azərbaycan Dövlət
Konservatoriyasında dərs demiş,
1940-cı ildən konservatoriyanın professoru
olmuşdur.
Bülbülün elmi
monoqrafiyaları bu gün
də Azərbaycan xalq musiqisinə aid vəsaitlər kimi
istifadə edilir. O, həm də Azərbaycan
xalq çalğı alətlərində
ifa etməyi öyrənən tələbələr
üçün tədris vəsaitləri
tərtib etmiş ilk musiqiçi olmuşdur.
Sentyabrın
26-da musiqi ictimaiyyətinin nümayəndələri,
müğənninin doğmaları Bülbül
Fondunda toplaşaraq onun xatirəsini ehtiramla yad etmişlər.
Xatirə gecəsinin
iştirakçıları Fəxri xiyabanda
Bülbülün məzarı
üstünə tər çiçəklər qoymuş, xor kapellası
"Şəbi hicran" əsərini ifa etmişdir.
Polad Bülbüloğlu
atasının xatirəsinə göstərilən ehtirama görə tədbir
iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonra ehsan verilmişdir.
AzərTAc
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.