«Xəzər həftəsi»nə məktəblilər
də qatılıb
Beynəlxalq Dəniz Günü ilə
əlaqədar ölkəmizdə "Xəzər həftəsi"nin
qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi müvafiq tədbirlər keçirir.
"Xəzər
həftəsi"nə ETSN dünən start verib. Tədbirlər
sentyabrın 30-dək davam edəcək. Bu günlərdə
respublikanın bir sıra orta təhsil müəssisələrində
"Mavi Xəzərimiz" mövzusunda lektoriyalar təşkil
olunmaqla müxtəlif kütləvi, maarifləndirici tədbirlər
keçiriləcək. Nazirliyin nümayəndələrinin
iştirak etdiyi tədbirlərdə su hövzələrinin zənginliyi,
eyni zamanda onun resurslarının qorunmasının vacibliyi, Xəzərin
ekoloji problemlərinin həlli istiqamətində
görülmüş işlər barədə şagirdlərə
məlumatlar verilir.
Beynəlxalq Dəniz
Günü ilə əlaqədar keçiriləcək tədbirlər
dənizin ekoloji cəhətdən saflığının və
davamlılığının qorunmasına, onun sərvətlərinin
mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə
yönəldilib.
Məlumatı
nazirliyin mətbuat xidmətindən almışıq.
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.