Azərbaycan Diplomatik Akademiyasında Kitab Mərkəzində
«Argentina günü» keçirilmişdir
Sentyabrın 27-də Azərbaycan
Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində
"Argentina günü" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə bağlı ölkəmizdə
səfərdə olan Argentina parlamentinin üzvlərindən
ibarət nümayəndə heyətinin şərəfinə
təşkil olunmuşdur.
Tədbirdə ADA-nın "Beynəlxalq
münasibətlər və diplomatiya üzrə" magistr
proqramında təhsil almaq hüququ qazanmış
argentinalı Tomas Qerbasio ölkəsinin müstəqillik
uğrunda mübarizəsi, iqtisadiyyatının əsas istiqamətləri
və milli mətbəxi barədə təqdimatla
çıxış etmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
T.Qerbasio vurğulamışdır ki, Argentina bu məsələnin
beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdardır.
Argentina-Azərbaycan dostluq qrupunun rəhbəri
Federiko Pinedo isə bildirmişdir ki, senatorlar Argentinanın
ölkəmizdə səfirliyinin açılması
üçün maksimum səylər göstərəcəklər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə toxunan F.Pinedo
vurğulamışdır ki, bu problem regionun
inkişafını ləngidən əsas amillərdən
biridir.
Argentina parlamentinin digər üzvləri
Roberto Mario Mouilleron, Arturo Vera, Joze Maria Roldin də Prezident
İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində
Azərbaycanda gedən sürətli inkişafı yüksək
qiymətləndirmişlər. Deputatlar qeyd etmişlər ki,
Argentinaya qayıtdıqdan sonra Azərbaycan haqqında həqiqətləri
öz xalqına çatdıracaqlar.
Tədbir Argentinanın məşhur tanqosu ilə davam etmişdir.
Sonda iştirakçılar
Argentina mətbəxinin ləziz
yeməklərindən dadmışlar.
Azərbaycan.- 2011.- 28 sentyabr.- S.3.