«Azərbaycanın dövlət
müstəqilliyi: Sənaye-energetika kompleksi yeni zirvələrə doğru»
mövzusunda «dəyirmi masa» keçirilmişdir
Sentyabrın
27-də Sənaye və Energetika Nazirliyində "Azərbaycanın
dövlət müstəqilliyi: sənaye-energetika kompleksi yeni
zirvələrə doğru" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
"Dəyirmi masa"da
çıxış edən sənaye və energetika naziri
Natiq Əliyev son 20 ildə ölkənin, o cümlədən
sənaye, neft-qaz, neftayırma və kimya sahələrinin
inkişafından danışaraq
bu dövrdə yeni yataqların kəşfi haqqında məlumat
vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müdrik, məqsədyönlü
və ardıcıl həyata keçirdiyi qlobal,
genişmiqyaslı iqtisadi siyasət nəticəsində bu
gün neft sənayesi Azərbaycan xalqına xidmət edərək
ölkəmizin siyasi müstəqilliyini, iqtisadi tərəqqisini
təmin etmişdir. Hazırda bu siyasət Prezident İlham Əliyev
tərəfindən böyük uğurla davam etdirilir.
"Əsrin müqaviləsi"nin əhəmiyyətindən
söz açan Natiq Əliyev vurğulamışdır ki, əgər ötən əsrin 90-cı illərinin
əvvəlində ölkədə ildə 9 milyon ton neft
hasil olunurdusa, hazırda bu göstərici 50 milyon tona
çatmışdır. O, ölkənin neftayırma sahəsinin
inkişafına dair yeni proqram hazırlandığını
da qeyd etmişdir.
Sonra Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri akademik Ziyad Səmədzadə, Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Akif Əlizadə,
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar
Mövsümov və başqaları çıxış edərək
ümummilli lider Heydər Əliyevin alimlərə diqqətindən,
elmin inkişafına göstərilən dövlət siyasətindən, ulu öndərin yeni neft
strategiyası sayəsində
qazanılmış uğurlardan söhbət
açmışlar.
AzərTAc
Azərbaycan.-2011.-28
sentyabr.-S.4.