Ölkədə sənaye
məhsulunun 80 faizdən çoxu özəl bölmənin payına
düşür
2011-ci ilin yanvar-avqust aylarında sənayedə
fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən
20,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər
göstərilib. Bu
barədə Dövlət Statistika Komitəsi
məlumat verir.
İlin ötən 8 ayında neft sektorunda azalma müşahidə edilsə də, qeyri-neft sənaye bölməsinin əksər
sahələrində istehsalın həcmi artmaqda
davam edib. Bu sahədə artımın sürəti 10,4
faizə çatıb. Sənaye məhsulunun
76,3 faizi mədənçıxarma, 18,2 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi
və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində istehsal
olunub.
Özəl
bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,2
faizini təşkil edib.
Ümumi istehsalın 92,1 faizi
sənaye mallarının (əmtəələrin)
istehsalı, 7,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına
yaradılıb.
Sənaye
məhsullarının böyük əksəriyyəti
istehlakçılara göndərilib. Bununla
belə, sentyabr ayının əvvəlinə
sənaye müəssisələrinin anbarlarında 242,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Mədənçıxarma
bölməsində istehsalın həcmi 15,9 milyard
manat olub və qeyd edildiyi kimi,
bu, ötən ilin müvafiq dövründəkindən 5,5 faiz azdır. Sahənin əsas məhsulu hesab olunan xam
neft hasilatı 31,7 milyon
ton, təbii qaz
hasilatı isə 17,2 milyard kubmetr təşkil edib. Neft hasilatı 7,1 faiz, qaz hasilatı isə 2,2 faiz
azalıb.
Mədənçıxarma
bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 8 ay
ərzində 1,9 milyon ton
çınqıl, qırma daş,
xırda çay daşı, 587,9 min ton tikinti
qumu, 227,5 min ton inşaat üçün əhəng daşı və
s. istehsal edilib.
Emal bölməsinin müəssisələri
və fərdi sahibkarlar (ev
təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən
3,8 milyard manatlıq məhsul istehsal olunub və sənaye
xarakterli xidmətlər göstərilib. Bu sahədə
istehsalın həcmi 9,8 faiz artmaqla daha çox
hissəsi qida məhsullarının
istehsalının payına düşüb.
Əksər qida məhsullarının, məsələn,
kolbasa məmulatlarının, pendir və kəsmiyin, ətin, südün, kərə yağının, qəndin
istehsalında artım olub.
Toxuculuq, geyim,
dəri, dəridən məmulatlar və ayaqqabı
istehsalı ilə məşğul olan
müəssisələr tərəfindən 45,5 milyon manatlıq məhsul istehsal
edilib. Neft məhsullarının
istehsalında 5,4 faiz artım
müşahidə olunub. Kimya
sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə
məmulatlarının istehsalı ilə məşğul olan müəssisələr 173,8 milyon manatlıq məhsul buraxıblar.
Sənayedə
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən
8 ay ərzində 1025,8 milyon
manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.
Ötən ilin müvafiq
dövrü ilə müqayisədə
sahədə 8,4
faizlik artım əldə edilib.
Tikinti materialları sənayesində
152,7 milyon manatlıq məhsul, o cümlədən sement,
tikinti gipsi, hörmə
üçün hazır beton
qarışığı, beton
yığma konstruksiyalar, kərpic və s. hazırlanıb.
Azərbaycan.- 2011.- 28 sentyabr.-
S.6.