Salyan rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. On min nəfər əhalinin
yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Kürsəngi-Yolüstü avtomobil
yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Salyan Rayon İcra Hakimiyyətinə
ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-29
sentyabr.-S.1.