Azərbaycanın ən böyük nailiyyəti və sərvəti onun müstəqilliyidir
Bu fikirləri Prezident İlham Əliyev dövlət müstəqilliyinin
iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram
tədbirində bildirmişdir
Dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan
Respublikası ötən müddətdə regionun
aparıcı dövlətinə çevrilmiş,
beynəlxalq aləmdə iqtisadi və siyasi maraqlarını əzmlə qorumuşdur. Yaxın tarixi keçmişə nəzər
saldıqda bütün sahələrdə
əldə edilən yüksək nailiyyətlərin heç də asan başa gəlmədiyinin şahidi
olmaq mümkündür.
1991-ci il oktyabrın 18-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Konstitusiya Aktı qəbul edilsə də, bu
müstəqillik deklorativ xarakter
daşımış, respublikamızda cərəyan edən xaotik proseslər - ictimai-siyasi
sabitliyin olmaması, qanunların
addımbaşı pozulması, hüquqi nihilizmin baş alıb
getməsi, vətəndaş qarşıdurması meyillərinin
güclənməsi göstərdi ki,
müstəqilliyin qazanılması hələ onun qorunub
saxlanılacağı və dövlətçiliyin dayanıqlı
təməllər üzərində formalaşacağı
anlamına gəlmir.
Müstəqilliyini
qanı, canı bahasına bərpa etmiş
müdrik xalqımızın 1991-ci ildən
1993-cü ilin iyun
ayınadək böyük sarsıntı
və fəlakətləri yaşamaq məcburiyyətində
qalması, son nəticədə, dövlətin
özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Birləşmiş
Millətlər Təşkilatı və digər beynəlxalq
qurumların de-yure tanıdığı
Azərbaycanda de-fakto dövlət təsisatlarının
qurulması, müstəqil dövlətçilik
atributlarının formalaşdırılması obyektiv sosial zərurətə
çevrilmişdi. Xüsusən
də AXC-Müsavat iqtidarının 1 illik naşı və yarıtmaz fəaliyyəti
nəticəsində hüquq-mühafizə orqanlarının
üzərinə düşən qanuni vəzifələri
həyata keçirə bilməməsi ictimai
həyatın müxtəlif sahələrində hərc-mərcliyin
baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə
münbit şərait
formalaşdırmış, daxildə qeyri-sabit
və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son
dərəcə zəif olması, dövlət idarəçiliyinin
iflic vəziyyətinə düşməsi,
ayrı-ayrı siyasətçilərin "könüllü
döyüşçü" adı
altında qanunsuz silahlı dəstələr
yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasına gətirib
çıxardı.
70
il totalitar rejimin ideoloji-siyasi
buxovları altında yaşayan Azərbaycan
xalqının qəlbində bir müstəqil
dövlətçilik idealı kök
salmışdı. Ötən əsrin ortalarında Azərbaycanda
siyasi hakimiyyətə irəli çəkilən
ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi
tədbirlərlə xalqın gələcək müstəqilliyinə
iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa
çalışmış, bu məqsədlə
genişmiqyaslı tədbirlər həyata keçirmişdir.
Ümummilli lider həmin
illərdə müstəqil Azərbaycan üçün
möhkəm siyasi və iqtisadi
təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin
də əsasını qoymuş, yüksək
siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli
maraqlarına uyğun çevik
və işlək fəaliyyətini təmin etmişdir.
Ötən əsrin 50-60-cı illərində respublikada
milli-mənəvi dirçəliş istiqamətində
müəyyən ehtiyatlı addımlar atılsa da, bu sahədə kompleks tədbirlər məhz Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi
seçildiyi vaxtdan
başlanmışdır.
1993-cü
ildə ümummilli lider
Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi
hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində
dövlətçilik ideyalarının bərqərar
olması fundamental mahiyyət kəsb etməyə
başlamışdır. Bu mərhələdən etibarən respublikada
müstəqil dövlət təsisatları
formalaşmış, Konstitusiya qəbul olunmuş, Milli Məclisə
ilk seçkilər keçirilmiş,
bütün bunlar
respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Prezident İlham Əliyev Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin iyirminci
ildönümünə həsr olunmuş
Beynəlxalq bayram tədbirində bildirmişdi: "Müstəqilliyimizin
tarixində 1993-cü il müstəsna əhəmiyyətə
malikdir. O zaman, mürəkkəb
durumda xalqımız çox
müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir.
Böyük nüfuza
və şöhrətə malik olan bu siyasi
xadim Azərbaycanda inkişafın təməlini
qoymuş, əvvəlcə vətəndaş
müharibəsi dayandırılmış, Ermənistanla atəşkəsin
bərqərar olması ilə bağlı saziş
imzalanmışdır. Bir sıra mühüm siyasi və iqtisadi islahatlara
başlanmışdır".
Heydər
Əliyev iqtisadi islahatların həyata
keçirilməsi istiqamətində mühüm
addımlar atmışdır. İlk
günlərdən Azərbaycanın perspektiv
inkişaf prioritetlərini
açıqlamış, demokratik inkişafa doğru sürət
götürmüş müstəqil
dövlətimizi qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən,
regionda, habelə dünyada
əhəmiyyəti artan ölkəyə çevirmişdir.
Ordu quruculuğu, dövlət orqanlarının
formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi,
insanların maddi rifahının
yaxşılaşdırılması, cinayətkarlıqla
mübarizə, qanunsuz silahlı birləşmələrin
tərksilah edilməsi, hüquq qaydalarının
möhkəmləndirilməsi, Azərbaycana investisiyaların
cəlb edilməsi, xarici siyasət
sahələrində ciddi uğurlar
əldə edilmişdir.
Böyük öndərin siyasi
kursunun layiqli
davamçısı cənab İlham Əliyevin
8 illik prezidentliyi
dövründə Azərbaycan Respublikası davamlı inkişaf etmişdir. Prezident İlham Əliyevin yürütdüyü
uğurlu daxili və xarici siyasət nəticəsində
respublikamızın Avropanın enerji təhlükəsizliyində
rolu güclənmişdir, Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə
xidmət edən qlobal layihələrin əsas
təşəbbüskarı qismində çıxış
etməkdədir.
Xarici siyasətdə varisliyin
qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda
layiqli yerini
tutması, maraq və mənafelərini təmin
etməsi baxımından son dərəcə
vacibdir. Ulu öndərin balanslı xarici
siyasət kursunu inamla
davam etdirən dövlət
başçısı İlham Əliyev
ötən illərdə dünya siyasətinə
əsaslı təsir imkanları olan
dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, inkişaf etdirmək,
beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini
gücləndirmək istiqamətində sistemli
fəaliyyət göstərir. "Azərbaycanın
coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlətimizin
başçısı respublikamızın necə həssas və
mürəkkəb geosiyasi məkanda yerləşməsinin
fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin
özəlliklərini nəzərə alır. Prezident İlham Əliyev bayram tədbirində bildirmişdi:
"Bu gün qeyd etmək istəyirik ki,
bizim ən böyük
nailiyyətimiz - bizim müstəqilliymizdir,
azadlığımızdır. Bu, Azərbaycan
xalqı üçün ən böyük sərvətdir. Çünki
əsrlər boyu Azərbaycan xalqı
müstəqilliyindən məhrum olmuşdur.
Ona görə bu gün mən qeyd etmək
istəyirəm ki, müstəqilliymiz ən
böyük nailiyyətimizdir. Dövlətimiz
bu gün müstəqil,
dostcasına və proqnozlaşdırıla bilən bir siyasət yürüdür.
Bu, bir daha
onu sübüt edir ki, Azərbaycan Avropa üçün
inamlı və güclü tərəfdaş
ola bilər. Bu gün Avropa
strukturları, institutları ilə Azərbaycanın əlaqələri
məhz bu amil üzərində
qurulub və əminəm ki,
bu, əlaqələrimizin
inkişafının möhkəm təməli
olacaqdır".
Ermənistanın
dünya miqyasında təcavüzkar
dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın
ərazi bütövlüyünü təmin
etmək, dünya siyasətini istiqamətləndirən
böyük dövlətlərlə
ölkəmizin qarşılıqlı faydalı əməkdaşlığını
genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda
həyata keçirilən mütərəqqi ruhlu
iqtisadi və demokratik
islahatlar barədə dolğun
təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət
başçısı İlham Əliyevin
xarici siyasətinin prioritet
məqsədləridir. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc
mərkəzləri arasında
"bölüşdürülməsi" cəhdlərini
yolverilməz saymış, bölgə dövlətlərinin
ərazisində xarici qoşun
və hərbi bazaların yerləşdirilməsinin,
Qafqazın militaristləşdirilməsinin əleyhinə
çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi
prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr
sisteminə cəlb olunan bütün
ölkələrə münasibətdə - onların hərbi
gücü və iqtisadi
potensialından asılı olmayaraq -
müstəqil xarici siyasət həyata
keçirir.Rəsmi Bakı 2003-2011-ci illərdə beynəlxalq hüquq prinsiplərindən
çıxış edərək praqmatizmə,
qarşılıqlı faydalı əməkdaşlığa
əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə
çevik, adekvat reaksiya vermiş, ikitərəfli
və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Azərbaycan müstəqil dövlət
olaraq xarici siyasət strategiyasını özünün
iqtisadi gücündən, qüdrəti və
resurslarından, dünya siyasətindəki yerindən
asılı olaraq milli məqsədlər üzərində
qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi
bütövlüyünün və suverenliyin, milli təhlükəsizliyin
qorunması, beynəlxalq aləmə çoxşaxəli
inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji
maraqların ödənməsi, vətəndaşların
firavan, təhlükəsiz yaşayışının təmin
olunması həyata keçirilən xarici siyasətin prioritet
məqsədləridir. Cənab İlham Əliyevin
yürütdüyü praqmatik, çevik, milli maraqlara əsaslanan
diplomatiya Azərbaycanı həm də bütövlükdə
Avropa məkanında strateji önəmi, birmənalı etiraf
olunan dövlətə çevirmişdir.
E.HACIALIYEV
Azərbaycan.-2011.-29
sentyabr.-S.1.