Dövlət İdarəçilik Akademiyasında Çin Mədəniyyəti Günləri keçirilmişdir

 

 Sentyabrın 28-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Çin Mədəniyyəti Günləri keçirilmişdir.

DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə Çinin ölkəmizdəki səfiri Çjan Yan Yan, Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsi Can SaodiÇinin Bakıdakı attaşesi Qu Min iştirak etmişlər.

DİA-nın rektor əvəzi professor Əlikram Abdullayev qonaqları salamlamış və bu önəmli tədbir haqqında ətraflı məlumat vermişdir. Xalqlarımız arasında mədəni əlaqələrin bu günuğurla davam etdiyini vurğulayan Ə.Abdullayev mədəniyyət və incəsənət sahələrindəki əməkdaşlığın hər iki xalqın mənəvi və intellektual cəhətdən zənginləşməsinə imkan yaratdığını bildirmişdir.

Səfir C.Yan Yan demişdir ki, hazırda Azərbaycan ilə Çin arasında əlaqələr iki ölkənin milli maraqlarına xidmət edir. Bu əlaqələrin inkişafı milyonlarla çinli və azərbaycanlının birbaşa fəaliyyətinin inkişafıdır. Diplomat ölkələrimiz arasında çoxtərəfli və dostluq əlaqələrinin tarixi kökləri olduğunu qeyd etmişdir.

Tədbirdə Şərq musiqisinin inciləri səsləndirilmişdir.

 

 

Azərbaycan.-2011.-29 sentyabr.-S.2.