«Şeytan
işığı»nın zülməti
Azərbaycan ədəbiyyatında bir çox
povest və hekayələrin müəllifi kimi imzası qəbul olunan, dünya
klassiklərinin ədəbi nümunələrini orijinaldan
dilimizə çevirən tərcüməçi və
yazıçı Kamran Nəzirlinin
"Şeytan işığı" pyesi
özünün səhnə ömrünü yaşamağa
başlayıb. Lənkəran Dövlət Dram Teatrı yeni
mövsümü məhz bu tamaşanın premyerası ilə
açıb.
Tamaşanın
quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı
teatrın rejissoru Adil Zeynalov, quruluşçu rəssam,
Naxçıvan Muxtar Respublikanın əməkdar artisti Əbülfəz
Axundov, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət
işçisi İmamqulu Əhmədovdur.
"Şeytan
işığı"nın zülmətində xalq artisti
Qabil Quliyev, aktyorlardan Qızılgül Quliyeva, Aynur Əhmədova,
Zemfira Nəcəfova, Məqsudə Əliyeva, Sücəddin
Mirzəyev, Niftulla Əsgərov və digər səhnə fədailərinin
yaratdığı obrazlar parlayır.
Əsərin mövzusu bugünkü həyatımızda baş verən hadisələrdən
götürülüb: müqəddəs ailə dəyərlərinin
milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və
qorunması uğrunda Azərbaycan vətəndaşlarının
mübarizəsi dramatik şəkildə ortaya qoyulur. Əsas
"qəhrəmanlar" sayılan Con ilə Fira müxtəlif
dünyaları təmsil edirlər.
Azərbaycan.-2011.-29
sentyabr.-S.7.