II Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilir
Ötən gün Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Əl Oyunları İdman
Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
öz işinə başladı. Hər bir millətin azadlıq və müstəqillik
uğrunda mübarizəsi o
xalqın tarixinin ən parlaq
səhifəsini təşkil edir.
Bu səhifələr kitablar
vasitəsilə də gələcəyə
daşınır. Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının iyirminci
ildönümünə həsr olunan sərgi-yarmarka
da bu məqsədə
xidmət edir. Beynəlxalq tədbirdə
son üç ildə
ölkə nəşriyyatlarında, eləcə də
ABŞ, Rusiya, İran,
Türkiyə, Portuqaliya, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan,
Qırğızıstan, Tacikistan və
digər xarici ölkələrdə nəşr
edilən kitablar və başqa
nəşr məhsulları nümayiş
olunur.
Sərgi-yarmarka
təntənəli mərasimlə açıldı. Baş nazirin müavini, xalq
yazıçısı Elçin Əfəndiyev
tədbirə gələn yerli və xarici qonaqları salamlayaraq
kitab bayramı münasibətilə
hamını təbrik etdi. Bildirdi ki,
paytaxtımızda kitab sərgi-yarmarkasının
keçirilməsi son bir
neçə ildə ənənə halını alıb:
"Məqsəd kitabı sevmək və yetişən nəsilə
sevdirməkdir. Son illər latın
qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi
istiqamətində xeyli iş
görülüb".
Mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev üç gün davam edəcək sərgi-yarmarka
çərçivəsində kitab təqdimatları,
tanınmış yazarlarla
görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr də
keçiriləcəyini bildirdi: "Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü
ilə son illər müxtəlif səpkili
kitablar nəşr edilmişdir.
Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən
və onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü
nəticəsində dağıdılmış tarixi-mədəni
abidələrimizdən bəhs edən bu
kitablar müxtəlif dillərdə nəşr
olunmaqla dünya
ictimaiyyətinə obyektiv informasiya çatdırır...".
Sonra sərgi-yarmarkanın
açılışı oldu. Azərnəşrdə
müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin oxuculara
təqdim olunan "Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin 36-cı cildi
yaxın günlərdə nəfis tərtibatda işıq üzü görüb. Bu cildlərdə
ulu öndərin gərgin fəaliyyəti,
neft müqavilələri, həmçinin
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə əlaqədar
ölkəmizin prinsipial mövqeyindən
bəhs edən materiallar və başqa mühüm sənədlər
toplanmışdır. Azərnəşr Prezident
İlham Əliyevin "İnkişaf
- Məqsədimizdir" çoxcildliyinin
də nəşrinə başlayıb. Bu cildlərdə müstəqil
Azərbaycan dövlətinin möhkəmləndirilib inkişaf etdirilməsi, respublikamızın
sürətli iqtisadi tərəqqisi və
yüksəlişi, xalqımızın rifahının
yaxşılaşdırılması üçün
aparılan islahatlara həsr olunmuş materiallar
toplanıb. Sərgilənən maraqlı poliqrafiya məhsullarından biri
də Milorad Paviçin
"Xəzər lüğəti" kitabıdır. Ölkəmizin
Serbiyadakı səfirliyinin təşəbbüsü ilə
işıq üzü görən bu kitabı hələ ilk
dəfə 1691-ci ildə Daubmanmus
yazmış, lakin kitab
1692-ci ildə 1 yaşı tamam
olmamış məhv edilmişdir.
"Xəzər lüğəti" tarixi
məlumatlarla zəngin, sadə və anlaşıqlı dildə
yazılmış dəyərli kitabdır. Burada
müəllif Xəzər məsələsi haqqında islam mənbələrini "Yaşıl kitab", yəhudi mənbələrini isə
"Sarı kitab"
adlandırıb.
İştirakçılar son illərdə
ölkəmizdə və dünyada nəşr olunmuş
kitablara, jurnal və dərsliklərə baxdılar, eyni
zamanda, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə çapdan çıxmış nəşrlər,
"Azərbaycan dünya çapında", "Yaddan
çıxmaz Qarabağ" adlı bölmələrdə
yer alan çap məhsulları ilə də tanış
oldular. Qondarma erməni soyqırımı iddialarını təkzibedilməz
faktlarla ifşa edən unikal sənədlər də sərgi-yarmarkada
mühüm yer tuturdu.
Uşaq ədəbiyyatı bölmələrində
də maraqlı kitablar sərgiyə
çıxarılmışdı. "Altun klassika"
seriyasında azərbaycanlı
balalar dünyanın məşhur uşaq
yazıçılarının əsərləri ilə
tanış ola bilərlər.
Rəsmiyyə RZALI
Azərbaycan.-2011.-29
sentyabr.-S.8.