Azərbaycan Prezidenti
İlham Əliyevin Polşaya
işgüzar səfəri Moldovanın Baş
naziri Vladimir Filat ilə görüş
Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 29-da Moldovanın Baş naziri Vladimir Filat ilə görüşmüşdür.
Görüşdə
Varşavada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
sammitinin əhəmiyyəti
vurğulandı. Bu tədbirin, eyni zamanda, ikitərəfli
əlaqələrin müzakirəsi baxımından
yaxşı imkan yaratdığı bildirildi.
Siyasi münasibətlərin
yaxşı səviyyədə olduğunun
qeyd edildiyi
görüşdə iqtisadi sahədə
də əməkdaşlığın genişləndirilməsinin
zəruriliyi vurğulandı.
Görüşdə ölkələrimizin
beynəlxalq təşkilatlar, o cümlədən Avropa
İttifaqı, Demokratiya və İqtisadi İnkişaf naminə
Təşkilat - GUAM çərçivəsində əməkdaşlığı
ilə bağlı məsələlər, eləcə də
nəqliyyat, təhlükəsizlik, enerji sahələrində
əlaqələrin inkişaf perspektivlərinə dair
geniş fikir mübadiləsi aparıldı. Bundan başqa,
qarşılıqlı səfərlərin, iş adamları
arasında görüşlərin təşkil edilməsinin
önəmi qeyd edildi.
AzərTAc
Azərbaycan.-2011.-30
sentyabr.-S.1.