Azərbaycan Prezidenti
İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri
ilə görüşü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
29-da Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri
Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və
ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi
Anji Kaspşik ilə görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə bağlı danışıqların
hazırkı vəziyyəti və perspektivləri barədə
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2011.-30
sentyabr.-S.1.