Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse prezidenti Ketrin Eşton ilə görüşü

 

 Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Varşavada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.1.