Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresinin
iştirakçılarına Azərbaycanda mətbuatın vəziyyəti
barədə məlumat verilmişdir
Beynəlxalq
Mətbuat İnstitutunun təşəbbüsü ilə
Tayvanın paytaxtı Taypeydə "Asiyada media əsri"
mövzusunda keçirilən Dünya Konqresi
yekunlaşmışdır.
Mətbuat Şurasından (MŞ) AzərTAc-a
bildirmişlər ki, Azərbaycanın media nümayəndələrinin
də iştirak etdiyi tədbirin ikinci günündə
Şura sədri Əflatun Amaşov çıxış edərək
ölkəmizdə medianın vəziyyəti, MŞ-nin fəaliyyəti
barədə iştirakçılara ətraflı məlumat
vermişdir. Şuranın başlıca missiyasının
media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi
olduğunu bildirən Ə.Amaşov
vurğulamışdır ki, MŞ bəzi mühüm
qanunvericilik təşəbbüsləri ilə də
çıxış etmişdir.
Konqresin sessiyaları çərçivəsində
aparılan müzakirələrdə jurnalist təhlükəsizliyinin
müxtəlif istiqamətləri, KİV-də yeni
texnologiyaların tətbiqi, yeni medianın xarakterik cəhətləri,
medianın böhranlı situasiyalarda biznes strukturu kimi
qalması yollarının müəyyənləşdirilməsi
və s. məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır. Azərbaycan
nümayəndə heyəti ABŞ, Avstriya, Finlandiya və digər
ölkələrin nüfuzlu KİV nümayəndələri
ilə görüşmüş, ölkəmizdə mətbuatın
hazırkı vəziyyəti barədə ətraflı məlumat
vermişdir.
Azərbaycan.-2011.-30
sentyabr.-S.2.