Abşeron yeni yüksəliş mərhələsindədir

 

Bu gün mövcud olduğu regionun liderinə çevrilən və bu statusunu yeni  nailiyyətlər hesabına davamlı şəkildə möhkəmləndirən Azərbaycan inkişafında daha böyük müvəffəqiyyətlərə imza atmaqdadır. Yaşanan dinamik tərəqqi ölkəmizin, onun hətta ən ucqar bölgələrinin simasını dəyişərək Azərbaycanın modern dövlətə çevrilməsini təmin edib. Paytaxtın, müxtəlif regionların, hətta ucqar bölgələrin simasına nəzər salmaqla qeyd edilənlərin tam reallığı əks etdirdiyini görmək mümkündür.

Azərbaycanın sürətli tərəqqisini özündə əks etdirən, inkişafquruculuğun əsas ünvanlarından birinə çevrilən Abşeron rayonu intibahının yeni keyfiyyət mərhələsini yaşamaqdadır. Son bir neçə il ərzində görülən işlər nəticəsində Abşeron rayonunun siması daha da gözəlləşib və burada təkcə ölkəmizdə yox, bütün regionda analoqu olmayan bir sıra memarlıq abidələri, sosial obyektlər ərsəyə gətirilib və gətirilməkdədir. Bunun əsas səbəblərindən biri sözügedən rayonun inkişafına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilməsidir.

Göstərilən müddət ərzində ölkə rəhbərinin birbaşa təşəbbüsü ilə təməli qoyulan, şəxsi nəzarəti altında inşa edilən obyektlər Abşeron rayonunun simasını daha da müasirləşdirib, eyni zamanda əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsində mühüm rol oynayıb. Bunun nəticəsidir ki, Abşeron həm müasir görünüşü, həm malik olduğu infrastruktursosial obyektlər, həm də ümumi sosial-iqtisadi inkişafda oynadığı rolla respublikanın ən qabaqcıl rayonları sırasındadır. Elə bu da rayonun tərəqqi tempinin qloballaşma əsrinin diktə etdiyi əsas tələblərdən biri olan dinamizmə əsaslandığının real təsdiqi kimi çıxış edir. İqtisadiyyatın liberallaşdırılması müasir standartlara cavab verən yeni texnika və texnologiyaların tətbiqi nəticəsində rayonda bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətədavamlı məhsulların istehsal həcminin artması ilə müşayiət olunub.

Son bir neçə ildə artım göstəricisi baxımından dünyada ilk yerin sahibi kimi çıxış edən Azərbaycan iqtisadiyyatını xarakterizə edən əsas göstəricilərdən  biri onun konkret bir sahəni yox, digər mühüm iqtisadi sferaları da əhatə etməsidir. Bunun nəticəsidir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə enerji sferası ilə məhdudlaşmayaraq başqa sahələr üzrə də özünü qabarıq büruzə verir. Belə sahələrdən danışarkən sənayenin payı xüsusi qeyd olunmalıdır. Çünki bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən, istehsal göstəriciləri daim yüksəlməkdə olan və kifayət qədər böyük potensiala malik sənaye mövcuddur. Azərbaycanın sənaye potensialının daha da güclənməsinə töhfə verən əsas iqtisadi mərkəzlərdən biri kimi isə məhz Abşeron çıxış edir.

Abşeron rayonu eyniadlı yarımadanın ən böyük ərazi vahididir. Bununla yanaşı, rayonun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngülyeyinti sənayesi əvvəlki kimi üstünlük təşkil edir. Rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə hasil edilən neftin və qazın, elektrik enerjisinin xeyli hissəsi məhz bu rayonun payına düşür. Son zamanlarda yeni neft, qaz yataqlarının istismarı bu regionun strateji mövqeyini daha da gücləndirib və təkcə ölkə yox, dünya təsərrüfatında onun əhəmiyyətini artırıb. Xatırlatmaq yerinə düşərdi ki, bu günlərdə Xəzərdə kəşf edilən yeni böyük qaz yatağı da "Abşeron" adını daşıyır.  Rayonun sənaye strukturunda kimyaneft-kimya sənayesi aparıcı yer tutur. Burada qara və əlvan metallurgiya sənayesi də mühüm əhəmiyyətə malikdir. Rayonda geniş tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyat göstərir. Ümumiyyətlə, son bir neçə il ərzində Abşeron rayonunda çoxsaylı səhiyyə və təhsil müəssisələri, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, istehsalat müəssisələri, yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib və onların bir çoxunun açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib.

Danılmaz həqiqətdir ki, ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan verib. Ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan tədbirlər, sahibkarlığın inkişafı sahəsində görülən işlər öz müsbət nəticələrini Abşeronda aydın göstərməyə başlayıb. Rayon, eyni zamanda, sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

Bununla yanaşı, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların, vergi güzəştlərinin verilməsi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərir. Elə bunun nəticəsidir ki, rayonun ümumi məhsul buraxılışının həcmi ötən illərlə müqayisədə xeyli artıb.

Bütün bunlar Abşeron rayonunda indiyə qədər olduğu kimi, bundan sonra da dinamizmə əsaslanan tərəqqinin yaşanacağını, ölkəmizin bu inzibati ərazi vahidinin  daha da gözəlləşəcəyini, sakinlərinin həyat səviyyəsinin daha da yüksələcəyini qətiyyətlə deməyə əsas verir.

Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan Abşeron rayonunda da açıq-aydın müşahidə olunur. Bu rayon Azərbaycanın günü-gündən yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Bu gün, sözün həqiqi mənasında, ölkə başçısının diqqət və qayğısı ilə Abşeronun siması dəyişir. Ümummilli lider Heydər Əliyevin ideyalarından yararlananrespublika Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl inkişaf strategiyasından qaynaqlanan Azərbaycanın bir parçası olan Abşeron regionda liderliyini qoruyub saxlayır.

Respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlardan olan Abşeron bu gün inkişafının kifayət qədər sürətli sayılan bir mərhələsini yaşayır. Ötən zaman kəsiyinin  sosial-iqtisadi yekunlarına nəzər yetirməklə də bunun real mənzərəsini aydın görmək olar. Bu kontekstdə ölkə başçısı tərəfindən "Turizm ili" olan 2011-ci ilabşeronlular üçün uğurlu illərdən sayılmalıdır. Dünya standartlarına söykənən Bakı və Sumqayıtın əhatəsində yerləşən Abşeronun iqtisadiyyatı daha da inkişaf etdirilir, öz yüksəliş tempini bütün sahələrdə qoruyub saxlamaqdadır.

Dünya iqtisadiyyatına fəal inteqrasiya kursu seçmiş Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər dövlətin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsini şərtləndirərək işgüzar fəallığın yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına yeni imkanlar yaradır. Əhali tərəfindən inkişaf proqramı kimi qəbul olunan dövlət proqramları regionların simasını dəyişdirir, bölgələrə yeni həyat gətirir. Fəaliyyətə başlayan müəssisələr sənaye istehsalı ilə yanaşı, orada çalışanların ailə büdcəsinin artması da deməkdir. Yeni yaradılan yerləri bu baxımdan çox önəmlidir.

Artıq rayon iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Onu da bildirək ki, Abşeron rayonu aqrar sahədə inkişaf etdirilməsi nəzərdə tutulan yaşayış massivi kimi yaradılıb. Onu bir rayon kimi yaratmaqda məqsəd Bakı və ətraf kəndlərin ərzaq təminatını yüksəltmək olub. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən rayon istehsalçıları region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər. Rayonda əkilib-becərilən zəfəranın əkin sahəsi ötən il 23 hektara çatmışdır. İlin əvvəlindən dünyanın onlarla ölkəsinə ixrac edilən bu nadir bitkinin istehsalı daha da artırılmışdır. Eyni zamanda, rayon ərazisindəki yararsız torpaq sahələrinin bərpa olunması burada zeytun bağlarının  artırılmasına şərait yaradır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi Abşeronda aqrar sahənin köklü şəkildə inkişafına təkan vermişdir.

Bu gün sahibkarlığa verilən dəstək, onlara yaradılan şərait təsərrüfat subyektlərinin azad və sağlam rəqabətini yaradır ki, bu da, öz növbəsində, son nəticənin ürəkaçan olmasına gətirib çıxarır. Rayon üzrə aqrar sahədə özəl sektorun payının artması buna canlı sübutdur. 2009-cu il iyulun 21-də isə burada böyük bir istehsal müəssisəsi - Masazır Duz Zavodu istifadəyə verilmişdir. Zavodun açılış mərasimində Prezident İlham Əliyev iştirak etmiş və yeni müəssisənin fəaliyyətini yüksək qiymətləndirmişdir: "...Demək olar ki, bu gün Azərbaycanda yeni sənaye sahəsinin təməli qoyulur... Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni, müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir".

Bu gün rayon ərazisində yerləşən müəssisələrin çoxu əhəmiyyətinə görə təkcə yaxınlıqda  olan şəhərləri deyil, respublikamızın bütün regionları üçün dəyərlidir. Respublikamızın hansı tərəfində olsan, "Ayqida" şirniyyat məhsulları və "Mətanət A" şirkətlərinin keyfiyyətilə fərqlənən sənaye məhsullarıyla rastlaşacaqsan.

Bu rayon ərazisində olan körpü və yolötürücülər maşınların hərəkətinin düzgün nizamlanmasına şərait yaradır. Hazırda həmin yolötürücülər rayon ərazisindən keçən maşın tıxaclarının qarşısının alınmasında müstəsna xidmətlərə malikdir. Respublikamızın çox böyük ərazisindən paytaxta yol alan maşınlar məhz Abşerondan keçir.

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da tikinti-quruculuq işlərinə diqqət artırılmışdır. Rayonun yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun inkişafı və bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bakı-Sumqayıt magistral avtomobil yolu boyunca Xırdalan şəhər qəbiristanlığının hərəkətə yaxın ərazisində üç metr hündürlüyü olmaqla 650 metr uzunluğunda daş hasarın tikintisi başa çatdırılmışdır. Müxtəlif bəzək və əhəng daşlarıyla üzlənən divar paytaxta təşrif buyuranların maraq və diqqətlə qarşıladıqları mənzərələrdəndir.

Xırdalan şəhərində Heydər Əliyev prospektinin genişləndirilməsi, yenidən qurulması davam etdirilmişdir. 5 kilometr uzunluğunda prospekt boyu  səki daşı və tamet düzülmüş, milli ornamentlərə uyğun rəngli qayaçay daşları nəfis şəkildə yerə döşənmişdir. Həmin ərazidə minlərlə xan çinar,  dekorativ kol və qızılgül tingləri əkilmişdir. Şəhərin küçələrinin abadlaşdırılması, xüsusilə yeni yaradılan yaşayış məhəllələrinə yolların çəkilməsi məqsədilə ötən il Abşeronda küçə və yollara çınqıl döşənib bərkidilmiş, şəhərin əsas və daxili yolları asfaltlaşdırılmışdır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni musiqili fəvvarə quraşdırılmış, oturacaqlar yeniləri ilə əvəzlənmişdir. Bu gün abşeronluların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı abşeronluların ən çox gəldikləri, istirahət etdikləri məkandır.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkı bir neçə ildir fəaliyyət göstərir. 11 hektar ərazisi olan bu məkanda bütün yaş hədlərinin istirahəti ayrı-ayrılıqda nəzərə alınıb. Böyüklərlə yanaşı, balacalar üçün  əyləncə mərkəzləri tikilib. Bu da onların sərbəst istirahət etmələrinə şərait yaradır. Burada istirahət günlərində (yayda hər gün) yaradıcılıq sərgiləri, kitab günləri, şeir müsabiqələri, viktorinalar keçirilir. Məktəbi bitirən gənclər son zəng günləri buraya gəlir, ali məktəb məzunları görüş yeri kimi buranı seçirlər. Yeni ailə quranlar yollarını buradan salaraq ulu öndərin abidəsini ziyarət edirlər. Bundan əlavə, bir neçə yerdə stolüstü oyunlar üçün texniki avadanlıqlar quraşdırılıb.

Parkda yerləşən Heydər Əliyev muzeyi günün hər vaxtı insanlarla dolu olur. Ulu öndərin keçdiyi ömür yolu, respublikamızın müstəqilliyinin yaradılması və qorunub saxlanmasında müstəsna xidmətləri haqqında bura təşrif buyuranlara məlumat verilir. Parkın ərazisində yerləşən abidə kompleksinin qarşısına düzülən gül dəstələrini abşeronluların ümummilli liderə olan sonsuz məhəbbətinin nişanəsi kimi qiymətləndirmək mümkündür.

Rayon icra hakimiyyətinin rəhbərliyi vaxtaşırı parkda olur, əhali ilə birbaşa görüşlər keçirir. Burada sənətindən, yaşından asılı olmayaraq çoxlu insanla rastlaşmaq mümkündür.

Abşeron rayonunun səhiyyə sahələrində də uğurlu işlər görülməkdədir. Ötən il Abşeronda "Səhiyyə ili" elan edilmişdi. Bu gün rayonun kənd və qəsəbələrindəki həkim ambulatoriyaları əsaslı təmir edilərək əhalinin ixtiyarına verilib. Qəbul edilən dövlət proqramlarına uyğun olaraq, əhaliyə göstərilən səhiyyə xidməti yaxşılaşdırılmış, xəstəxanalar müasir tipli avadanlıqlarla təmin edilmişdir. Rayonda şəkərli diabet xəstələrinin sayı 3 mindironlara pulsuz dərmanlar verilir. Səhiyyə şöbəsi bu ildən "Talessemiyasız həyat naminə" proqramına qoşulub. Rayon təşkilatlarında vaxtaşırı qanvermə aksiyaları keçirilir ki, bu da insanların sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda humanist addım kimi də dəyərləndirilir. Rayonda təcili tibbi yardım xidmətinin yaxşılaşdırılması istiqamətində də xeyli görülüb. Rayon mərkəzindən aralı olan Məmmədli, Digah, Fatmayi, Görədil yaşayış məntəqələrində əhaliyə vaxtında tibbi xidmət göstərmək məqsədilə Mehdiabad qəsəbəsində mərkəzi rayon xəstəxanası nəzdində I saylı filial açılıb.

Hazırda Abşeronda xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Bir neçə il bundan öncə abşeronlular paytaxtdakı xəstəxanalara üz tuturdular. Əvvəlki illərdən fərqli olaraq, hazırda rayon mərkəzi xəstəxanasında abşeronlularla birlikdə Sumqayıt və Bakıdan gələnlər də var.

Abşeron rayon mərkəzi xəstəxanası tam şəkildə təmir edilib, əməliyyat otaqları müasir texniki avadanlıqlarla inventarlaşdırılıb. Xəstəxananın ətrafı isə böyük zövqlə yaşıllaşdırılıb, müxtəlif ağacdekorativ kollar əkilib.        

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonun yaşayış ərazilərindəki sosialictimai obyektlərin təbii qazla, içməli su ilə təminatında xeyli görülmüşdür. Ümumilikdə əhalinin elektrik enerjisi, təbii qazsu ilə təminatında irəliləyişlər əldə edilmiş, problemlər aşkarlanaraq onları yaradan səbəblər müəyyənləşmiş və neqativ hallar aradan qaldırılmışdır. Qəsəbə və kəndlərdə aparılan qazlaşdırma yaşayış massivlərinin simasını da dəyişdirib. Yaşıllıqların qorunması və artırılması istiqamətində rayonun kəndlərində görülən işləri sadalamaqla bitməz. Mehdiabad, Saray, Masazır, Görədil, Novxanı kəndləri hazırda yaşıllıqlara qərq olub desək, səhv etmərik. Belə ki, kəndlərin ara yollarının kənarına xan çinar, dekorativ ağaclar əkilərək mütəmadi sulanır və onların daha da artırılması istiqamətində işlər görülür. Qəsəbələrarası yollar təmir edilir, hərəkətin nizamlanması xətləri çəkilir. Saray qəsəbəsindən Sumqayıta gedən yola asfalt döşənib, səkilər salınıb. Bu gün Abşeron kəndlərinin neçə il əvvəl problemə çevrilən piyada keçidləri artıq həll edilir. Mehdiabad kəndində abadlıq-quruculuq işləri, deyərdik ki, digərlərinə nisbətdə bir qədər də sürətlidir. Burada ictimai obyektlərin fasadları dəyişdirilir, daha keyfiyyətli üzlüklə üzlənir. Tikinti meydanını xatırladan bu qəsəbədə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülür. Hazırda başdan-başa qazlaşdırılan qəsəbədə yaşıllaşdırma aksiyaları keçirilir, hər tərəfdə yeni fidanlar əkilir.     

Rayonun ən böyük kəndlərindən biri olan Masazırda isə tikinti-abadlıq artıq başa çatmaq üzrədir. Əzəmətli körpünün Sumqayıt istiqamətində gedən yolun sağında yerləşən Masazır kəndi təkcə eyniadlı məskənin deyil, həm də Abşeron yarımadasının tarixən qədim yaşayış ərazilərindəndir. Keçən yüzilliyin sonlarında bu kənd ərazisində qurulan kanalizasiya xətlərinin ətrafa yaydığı qoxu ilə "məşhur" idi. Elə bunun nəticəsi idi ki, kəndin əhalisi buralarda yaşamaqdan vaz keçir, Abşeronun digər ərazilərinə köçürdü.

Qayğı və işgüzarlıq hər şeyin rəhnidir. Məhz onun sayəsində nəyi istəsən, yoluna qoymaq mümkündür.

Vaxtilə beş-altı min sakini olan Masazırda hazırda 18 mindən çox əhali yaşayır. Kəndin içindən keçən, Əlağa Vahidin adını daşıyan küçənin uzunluğu dörd kilometrdən çoxdur. Hazırda həmin küçəyə asfalt döşənmiş, yolun kənarına bardürlər düzülmüşdür. Eyni zamanda, maşınların hərəkətini təmin etmək məqsədilə yol bir neçə metr enləndirilmişdir. Yerli bələdiyyənin imkanları hesabına aparılan təmir işlərini əhali birmənalı dəstəkləyir. Hər şeydən əvvəl yaşadıqları ərazinin səliqəli olması onların gündəlik həyatlarının bir hissəsi deməkdir.

Ekologiyanın yaxşılaşdırılması, ərazilərin təmizlənməsi və yaşıllaşdırılması istiqamətində kənd ərazisində planauyğun şəkildə həyata keçirilir. Torpaqların neftmazutdan təmizlənməsi istiqamətindəki işlər bu gündavam etdirilir. Həmin ərazilər təmizləndikdən sonra istifadəyə verilir. Hazırda həmin ərazilərdə yeni müəssisələr tikilir, yaşayış binaları ucaldılır.

Kənd və qəsəbələrin ara yollarına asfalt döşənib və bu işlər bu gündavam etdirilir. Novxanı-Bağlar, Saray-Novxanı  istiqamətindəki ensiz yol bələdiyyənin daxili imkanları hesabına genişləndirilmişdir. Yol kənarına çəkilən səkilər piyadaların təhlükəsizliyinin təminatı deməkdir. Kəndarası yollar texniki qaydalara uyğun asfaltlanmışdır.

Bəli, bu gün respublikamızın hər yerində olduğu kimi, Abşeronda da dinamik inkişaf öz bəhrələrini verir. Ölkəmizin əsas iqtisadi rayonlarından olan Abşeronun da inkişaf göstəricilərinin daim yüksələn xətlə inkişaf edəcəyi şübhəsizdir. Qəbul edilən dövlət proqramları çərçivəsində rayonda görülən işlərin miqyası artmaqdadır. Abşeronda aparılan işlər bütün Azərbaycanda olduğu kimi, dinamik inkişaf dövrünün yaşandığının real ifadəsidir. Digər tərəfdən, o da olduqca mühüm amildir ki, respublikamızın ardıcıl və sürətli inkişafı gələcəkdə ölkəmizdə, həmçinin onun gözəl guşələrindən olan Abşeronda qazanılacaq uğurların möhkəm təməlini qoyub. Bu isə daha sürətli inkişaf tempi və yeni möhtəşəm uğurlar vəd edir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.5.