Astarada çayçılığı dirçəltmək üçün perspektivlər genişdir

 

 Ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən Astara və Lənkəranda çayçılığın təməli qoyulmuşdur. 100 ildən çox ömrü olan çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Maraqlıdır ki, çoxillik əkmələrdən çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir.

Azərbaycanın cənub bölgəsində yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul Madrid, Moskva kimi dünyanın məşhur şəhərlərində keçirilən ümumdünya sərgilərində dəfələrlə qızıl medala layiq görülmüşdür.

SSRİ dağılana qədər Azərbaycanda, əsasən Astara-Lənkəran bölgəsində çayçılıq sürətlə inkişaf etdirilirdi. Ötən əsrin 80-90-cı illərində Astarada 3000 hektardan çox çay plantasiyaları vardı. İldə 7000 tondan çox yaşıl çay yarpağı istehsal edilirdi. Amma müstəqilliyin ilk illərində iqtisadiyyatın digər sahələri kimi, çayçılıq sahəsində də durğunluqböhran baş verdi. Minlərlə hektar çay sahəsi baxımsızlıq üzündən sıradan çıxdı.

Çox yaxşı haldır ki, bu gün ölkəmizdə çayçılığın inkişafına ciddi diqqət yetirilməsinə başlanılmışdır. Heç də təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafı ilk Dövlət Proqramında çayçılığın inkişafı ilə əlaqədar mühüm tədbirlər nəzərdə tutulmuş və icrası təmin edilmişdir. İkinci regional inkişaf Dövlət Proqramında da subtropik meyvəçilik, çayçılıq, tərəvəzçilik, kənd təsərrüfatı məhsullarının emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Çayçılığın inkişafı ilə əlaqədar Astarada xüsusi tədbirlər planı hazırlanmış, icrasının vaxtında təmin edilməsi məqsədilə komissiyaişçi qrupu yaradılmışdır. Hazırda çayçılığın keçmiş şöhrətini qaytarmaq üçün rayonda genişmiqyaslı işlər aparılır. Astarada bu gün 600 hektardan çox çay plantasiyası vardır və onun 203 hektarında aqrotexniki tədbirlər həyata keçirilir. 2011-ci ildə həmin sahələrdən 250 tona yaxın yaşıl çay yarpağı yığılmışdır. Son illər çayçılığın inkişaf etdirilməsi ilə əlaqədar konkret və əməli tədbirlər həyata keçirilir. Şüvi ərazi nümayəndəliyində 200 hektardan çox sahədə yeni çay plantasiyası salınmasına başlanılmışdır. Həmin məqsədlə tingçilik təsərrüfatı yaradılmış, 1,5 milyon şitil yetişdirilmişdir.

Bu bir həqiqətdir ki, bazar iqtisadiyyatı dövründə kənd təsərrüfatının, xüsusən çayçılığın inkişaf etdirilməsi özəl sektorun, adamlarının fəallığından, çevikliyindən və təşəbbüskarlığından asılıdır. Bu baxımdan Astarada çayçılığın inkişafı üçün gərgin əmək sərf edən sahibkarlardan biri də "Emin" kəndli-fermer təsərrüfatının rəhbəri, 2 nömrəli Astara Çay Fabrikinin icraçı direktoru Nizami Rəsulovdur. Biz onunla Kijəbə qəsəbəsinin mərkəzində yerləşən çay plantasiyasında görüşdük. 34 hektar sahəni əhatə edən çay plantasiyaları rayonda nümunəvi çay sahəsi kimi tanınır. 83 ailə təsərrüfatını birləşdirən "Emin" fermer təsərrüfatı bu il 100 tondan çox yaşıl çay yarpağı toplamağa nail olmuşdur.

N.Rəsulov ölkəmizdə, o cümlədən rayonda sahibkarlara göstərilən qayğı və diqqətdən həvəslə söhbət açdı:

- Ölkəmizdə sahibkarlara, adamlarına hər cür şərait yaradılmışdır. Mən bu şəraiti bir sahibkar kimi daim hiss etmişəm.  2002-ci ilin aprelində ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşündə mən də adamı kimi rayonumuzu təmsil etmişdim. Həmin görüş xatirimdə əbədi iz qoymuşdur. Ulu öndər bu görüşdə sahibkarlarla çox səmimi və işgüzar söhbət apardı. Sahibkarları əmin etdi ki, ölkəmizin bazar iqtisadiyyatı qanunlarına uyğun inkişafı üçün adamlarına hər cür dəstək göstəriləcək. Çox fərəhlidir ki, ulu öndərimizin sahibkarlığın inkişafı ilə əlaqədar apardığı siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Yeri gəlmişkən qeyd edim ki, Prezidentin iştirak etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının III ildönümünə həsr olunmuş ümumrespublika tədbirində Astara rayonundan bir sahibkar kimi mən də iştirak etmişəm. Bütün bu tarixi hadisələr bir daha sübut edir ki, müstəqil ölkəmizdə azad sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmış, biz adamlarına tam sərbəstlik verilmişdir. Mən də buna cavab olaraq regionda çayçılığın qorunub  saxlanılması və inkişaf etdirilməsi məqsədi ilə var gücümü və imkanlarımı  sərf edirəm. Heç də təsadüfi deyil ki, ərzaq təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramında çayçılığın inkişafına xüsusi yer ayrılmışdır. Mən Azərbaycan Çayçılıq Assosiasiyasının vitse-prezidenti kimi bir sıra beynəlxalq konfranslarda, çaykofe festivallarında iştirak və çıxışlar etmişəm. Çayı ilə dünyada məşhur olan Şri-Lankada, Türkiyə, İran, Gürcüstan, Almaniya və digər ölkələrdə olmuşam. Bütün bunlar bir daha bizi  səmərəli fəaliyyət göstərməyə ruhlandırır. Konkret olaraq "Emin" kəndli-fermer təsərrüfatının rəhbəri kimi birbaşa çayçılığın inkişafı ilə məşğulam. Fürsətdən istifadə edib bir məsələ barədə öz fikirlərimi bildirmək istəyirəm. Məlumdur ki, Astarada minlərlə hektar çay sahəsi baxımsızlıqdan sıradan çıxmışdır. Odur ki, çayçılığın daha da inkişafını təmin etmək məqsədi ilə bizə uzunmüddətli kreditlərin verilməsi yaxşı olardı. Çayçılığa investisiya qoyulması bu strateji məhsulun istehsalının artırılmasına sanballı kömək göstərərdi. Rayonda çayçılığın daha da inkişaf etdirilməsi üçün perspektiv olduğunu nəzərə alaraq bu sahəyə əsaslı kapital qoyuluşuna ciddi ehtiyac var. Bundan əlavə, yeni çay plantasiyalarının salınması üçün tinglik təsərrüfatları yaradılmalı, müasir texnika alınmalı, çayçılığın inkişafında zəruri əhəmiyyət daşıyan ammonium-sulfat və digər mineral gübrələr gətirilməli, çayçılıq subyektləri birləşdirilərək iri fermer təsərrüfatları və çayçılıq kooperativləri təşkil olunmalı, suvarma şəbəkəsi yaradılmalı və nəhayət, tikintisi yarımçıq qalmış Deqədi su anbarının inşası başa çatdırılmalıdır. Bu təkliflərin icrasının təmin edilməsi nəticəsində Astara rayonunda çayçılığın daha sürətli inkişafına nail olmaq mümkündür.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.7.